Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub

 

Əli Əhmədov: Ulu Öndər Heydər Əliyevin mədəniyyət incəsənət sahəsinə göstərdiyi böyük diqqət qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının əhəmiyyətli olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına diqqət göstərib: “Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə bütün sahələrdə olduğu kimi, mədəniyyət incənət sahəsinin inkişafına xüsusi diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. Bu dövrdə Heydər Əliyevin yaradıcı insanlara, mədəniyyət sahəsinə göstərdiyi böyük dəstək qayğı heç zaman unudulmur. Həmin dövrdə atılan addımlar mədəniyyət sahəsinin gələcək inkişafı üçün etibarlı zəmin yaratdı. Sovet dövründə formalaşmış mədəniyyət adamları Ulu Öndərimizin bu sahəyə olan diqqətini yaxşı xatırlayırlar. O dövrdə yaradıcı insanların keçmiş SSRİ-nin ən yüksək ali dövlət mükafatlarına layiq görülməsi xalqımız tərəfindən məmnunluqla qarşılanırdı. Yazıçı, rəssam, şair, musiqiçilərimiz keçmiş SSRİ-nin ən ali dövlət mükafatı olan Sosialist Əməyi Qəhrəmanı ordeni ilə təltif olunurdular. Bu təltiflərin sayına görə Azərbaycan digər ittifaq respublikalarından öndə idi. Bu da Heydər Əliyevin sayəsində mümkün olurdu. Burada diqqət çəkən məqam odur ki, insanların əməyinə yüksək qiymət verilirdi. Onlar da xalqa xidmət edirdilər, bu diqqət onlara gələcək işlərində stimul verirdi”.

Əli Əhmədov qeyd edib ki, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev mədəniyyət incəsənət sahəsinə daim önəm verirdi, yaradıcı insanlarla tez-tez görüşürdü: “Ulu Öndər Heydər Əliyevin mədəniyyət incəsənət sahəsinə göstərdiyi böyük diqqət qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb. Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır. Belə insanlardan biri məşhur rəssam Sakit Məmmədovdur. Bu sərgidə onun yetişdirdiyi gənc rəssamların əsərləri təqdim olunur”.

Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması üçün dəstək verməyə hazırdır. “Yeni Azərbaycan Partiyasının inzibati binasında bu sərginin keçirilməsi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Digər tərəfdən, bu tədbir, YAP-la gənc rəssamların, mədəniyyət incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz Ulu Öndərin tövsiyələrini rəhbər tutaraq mədəniyyət incənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi gənc rəssamların tanıdılması təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

YAP Sədrinin müavini gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 8 may.- S.3.