YAP Mingəçevir şəhər təşkilatıHeydər Əliyev - Azərbaycanın özü qədər əbədi lidermövzusunda konfrans keçirib

 

Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Mingəçevir şəhər Heydər Əliyev MərkəzindəHeydər Əliyev - Azərbaycanın özü qədər əbədi lidermövzusunda elmi-nəzəri konfrans keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. İ.İsmayılov deyib ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası təşkil edir:Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, qazanılan digər uğurlar Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşmasının nəticələridir. Bu, bir daha onu göstərir ki, qədər müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var Heydər Əliyev ideyaları daima yaşayacaq”.

Daha sonra konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir YusubovÜmummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu xalqa bəxş edilən ömürdür”, MDU-nun dosenti Səbuhi QəhrəmanovUlu Öndər Heydər Əliyev müstəqil dövlət quruculuğunun yaradıcısıdır”, Mingəçevir Turizm Kollecinin müəllimi Aybəniz ƏliyevaHeydər Əliyev - tarixi şəxsiyyət, əbədiyaşar liderdir”, YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Sevinc BayramovaMüasir Azərbaycan dövlətinin uğurları Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin nəticəsidirmövzusunda çıxış ediblər.

 

Yeni azərbaycan.- 2019.- 9 may.- S.7.