Müstəqil Azərbaycan dövlətinin qurucusukitabının təqdimatı olub

 

Mayın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Səbail Rayon İcra Hakimiyyəti YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir Müstəqil Azərbaycan dövlətinin qurucusuadlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin siyasi fəaliyyətindən danışıb. O qeyd edib ki, Heydər Əliyev ömrünün böyük hissəsini doğma Vətəninin inkişafına xalqının rifahına həsr edib. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin siyasi-ideoloji irsi Azərbaycan xalqının milli sərvətidir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Ümummilli Liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası Onun Vətən, xalq sevgisindən qaynaqlanırdı.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydər qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitliyə tərəqqiyə nail olunub. Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilib. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsiimzalanıb bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq, iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynayıb. Bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan dünyada sülhün, əmin-amanlığın nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib ki, 1993-cü il iyunun 15-nin Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi.

Milli Məclisin komitə sədri Hadi Rəcəbli, “Yeni Azərbaycanqəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputatlar Musa Quliyev, Elman Nəsirov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev başqaları bildiriblər ki, Ümummilli Liderin həyat yolu, göstərdiyi əvəzolunmaz xidmətlər Vətəninə, xalqına, dövlətinə bağlı olan hər bir azərbaycanlı üçün, bütövlükdə dövlətçilik tariximiz üçün örnəkdir. Bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin dünya miqyaslı nəhəng siyasətçinin zəngin irsini dərindən araşdırmaq, Onun təkrarolunmaz dövlətçilik təcrübəsindən bəhrələnmək gənc nəsli bu ruhda tərbiyə etmək nəinki bu günümüz, eləcə gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Sonra qonaqlar muzeyin foyesində Ümummilli Liderin həyat fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar.

 

Yeni Azərbaycan.- 2019.- 11 may.- S.7.