Heydər Əliyev Azərbaycanın və Türkiyənin birgə inkişafı üçün
böyük səylər
göstərib
Ankarada Ulu
Öndərin doğum
gününə həsr
olunan mərasim keçirilib
Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə Ankara
şəhərində geniş
mərasim təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, mərasim
Türkiyənin paytaxtındakı
Heydər Əliyev Parkında Ulu Öndərin heykəlinin
ziyarət olunması ilə başlanıb. Azərbaycanın Türkiyədəki
səfirliyi adından
heykəlin önünə
əklil qoyulub. Ziyarətdə Azərbaycanı və Türkiyəni təmsil edən rəsmi şəxslər,
o cümlədən Azərbaycan
Milli Məclisinin komitə sədrləri Eldar İbrahimov və Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun sədri Şamil Ayrım, diplomatlar, Ankarada hərbi təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir Ankaradakı
Heydər Əliyevin adına orta məktəbdə davam edib.
Əvvəlcə Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycanın
və Türkiyənin
dövlət himnləri
səsləndirilib.
Rəsmi hissədə Azərbaycanın
Türkiyədəki səfiri
Xəzər İbrahim,
Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, parlamentlərarası dostluq
qrupunun sədri Şamil Ayrım, sədr müavini Orxan Erdem, dostluq
qrupunun keçmiş
sədri Necdət Ünüvar və Heydər Əliyev Məktəbinin direktoru Necattin Şəngəzər çıxış
ediblər.
Çıxışlarda Ümummilli Lider
Heydər Əliyevin Azərbaycanın dövlət
müstəqilliyinin qorunması
və inkişafı yolunda həyata keçirdiyi siyasətin nəticələrindən, həmçinin
türk dünyasının
həmrəyliyi istiqamətində
təşəbbüs göstərdiyi
və reallığa çevirdiyi işlərdən,
beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən
danışılıb. Diqqətə çatdırılıb ki,
ölkəmizi parçalanmaqdan
və məhv olmaqdan xilas edən Ulu Öndər
Heydər Əliyev Azərbaycanın və Türkiyənin birgə inkişafı üçün
böyük səylər
göstərib. Ölkələrimizin
müasir inkişafı
bu səylərin bariz nümunəsidir. Əminliklə ifadə olunub ki, Heydər Əliyevin həmişəyaşar
adı Azərbaycanda və Türkiyədə olduğu kimi, bütün türk dünyasında əbədiyyətə
qədər ehtiramla yad olunacaq.
Mərasim şagirdlərin
bədii proqramı ilə davam etdirilib. Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər oxunub və şagirdlərin digər ifaları olub.
Bədii hissənin
ardınca Azərbaycanın
Türkiyədəki səfirliyinin
təhsil müşavirliyi
tərəfindən Ulu
Öndər Heydər
Əliyevlə bağlı
keçirilmiş inşa,
şeir və rəsm müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.7.