Radikal qrupların
mövcudluğu xaricdəki
mərkəzlərin dəstəyi
ilə bağlıdır
YAP-ın Siyasi
təhlil və proqnozlaşdırma şöbəsinin
müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə
www.yap.org.az saytına müsahibə
verib:
- Aydın müəllim,
son zamanlar ölkəmizə qarşı
xaricdəki antiazərbaycançı
mərkəzlər tərəfindən
qarayaxma kampaniyası aparılır. Sizcə, bunun kökündə hansı amillər dayanır?
- Azərbaycan
müstəqillik qazandıqdan
sonra müəyyən
xarici qüvvələr
ölkəmizin müstəqil
daxili və xarici siyasət həyata keçirməsinin
qarşısını almağa,
Azərbaycanın təbii
sərvətlərinə kənardan
nəzarət təşkil
etməyə çalışıblar.
Bu qüvvələr daxili siyasətimizə qarışmağa cəhd
göstəriblər. Amma
vaxtilə Ümummilli
Liderimiz Heydər Əliyev, bu gün isə Prezidentimiz İlham Əliyev onların planlarını darmadağın
edib.
Amma buna
baxmayaraq, xaricdən ölkəmizə qasrşı
qarayaxma kampaniyası vaxtaşırı olaraq aparılır. Bu proses bu gün
də davam edir. Məsələnin kökündə isə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı
olduğu mühüm
beynəlxalq layihələrdən
təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaq dayanır.
Bilirsiniz ki,
bu ilin əvvəlindən
dövlət başçısının
qərarları ilə
Azərbaycanda sosial sahədə inqilabi addımlar atılır. Əhalinin rifahının
daha da yüksəldilməsi
istiqamətində bir
çox sosial proqramlar həyata keçirilir. Belə ki, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır,
şəhid ailələrinə,
əlillərə, məcburi
köçkünlərə və bütün həssas qruplara göstərilən diqqət
daha da gücləndirilir.
Bütün bu addımlar təxminən
3 milyon insanı əhatə edir.
Əslində, Azərbaycanın bu müsbət təcrübəsi
digər ölkələr
üçün nümunə
olmalı və bizim təcrübəmiz xaricdə təbliğ edilməlidir. Dünya praktikasında da belədir ki, ayrı-ayrı ölkələrin
müxtəlif sahələrdə
olan müsbət təcrübəsi öyrənilir,
təbliğ və tətbiq olunur. Amma antiazərbaycançı
mərkəzlər Azərbaycan
haqqında xaricdə müsbət imicin yayılmasına maneçilik
törətməyə çalışırlar.
Son dövrlərdə
isə onların fəallaşması ilk növbədə Azərbaycanda
keçirilməsi gözlənilən
bir sıra beynəlxalq tədbirlərlə
bağlıdır. Bu
mənada nüfuzlu idman yarışlarının
ölkəmizdə keçirilməsi
də ictimai həyatımızın tərkib
hissəsinə çevrilib.
Eləcə də, bu ilin
payızında Azərbaycanda
Qoşulmama Hərəkatının
sammiti keçiriləcək.
Təxminən 120 ölkənin
dövlət və hökumət başçısının
sammitdə iştirak etməsi, ölkəmizin bir neçə il bu mötəbər
təşkilata sədrlik
etməsi mühüm
hadisədir. Təbii ki, ölkəmizin qazandığı nüfuz
xaricdəki bəzi siyasi və iqtisadi dairələri narahat edir. Onlar Azərbaycanı
bəzi müsəlman
ölkələri kimi
daxili konfliktlərdən
əziyyət çəkən,
öz təbii sərvətlərinə nəzarətdən
kənarda qalan, inkişafın hər hansı formasından məhrum olan ölkə kimi görmək istəyirlər.
Bu baş vermədikdə isə onu dünyada mənfi imicdə tanıtmağa cəhd edirlər.
- Bu kampaniyada
xaricdə yaşayan bir qrup azərbaycanlı
da iştirak edir...
- Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq
üçün müxtəlif
çirkin metodlardan,
o cümlədən xaricdə
yaşayan bəzi mühacir azərbaycanlılardan
da istifadə etməyə çalışırlar.
Ancaq praktika göstərir ki, onların səyləri əbəsdir. Birincisi, onları ölkəmizin daxilində dəstəkləmirlər,
ikincisi isə beynəlxalq aləm kiminsə Azərbaycan haqqında çirkin fikirləri ilə deyil, real vəziyyətlə
daha çox maraqlanırlar. Bu gün Azərbaycanın
dünyada sülhün
möhkəmlənməsinə verdiyi töhfə, həyata keçirdiyi qlobal layihələrdə
başqa dövlətlərlə
fəal əməkdaşlıq
etməsi, onların da fayda qazanması
dünyanın gördüyü
və qiymət verdiyi məsələlərdəndir. Buna görə də, növbəti anti-Azərbaycan
kampaniyasının da
heç bir nəticəsi ola bilməz.
- Məlumdur ki, bu kampaniyada
ölkə daxilindəki
radikal qruplar, o cümlədən AXCP sədri
Əli Kərimli və onun ətrafı
da “fəal” iştirak edirlər. Sizcə, bu qrupların əməlləri
müxalifətçilikdən daha çox satqınlıq deyilmi?
- Əlbəttə ki, bu gün
antiazərbaycançı qüvvələrə
dəstək verən
daxildəki qruplar üçün əsas Azərbaycanın deyil, tapşırıq aldıqları
dairələrin maraqlarıdır.
Onlar fəaliyyətlərində
tapşırıq aldıqları
dairələrin dəstəyini
qazanmağı əsas
götürürlər. Radikal
qruplar maddi və siyasi dəstəyi ordan alırlar və mövcudluqları xaricdəki
həmin mərkəzlərin
dəstəyi ilə bağlıdır. Bunun isə bir adı
var: milli satqınlıq və öz xalqına və dövlətinə qarşı “səlib yürüşündə” ön
sıralarda getmək.
Və bu fəaliyyətin demokratiya,
siyasət və müxalifətçiliklə heç
bir əlaqəsi yoxdur.
Yeni Azərbaycan.-
2019.- 14 may.- S.7.