Azərbaycan Milli İncəsənət MuzeyindəTürkiyədən əsən mehadlı sərgi açılıb

 

Mayın 14-də Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü Türk Hava Yollarının dəstəyi ilə Azərbaycan Milli İncəsənət MuzeyindəTürkiyədən əsən mehadlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyin Elmas Erkin Keskinin müxtəlif texnika janrlarda işlənmiş 50-dən çox əsəri tamaşaçılara təqdim edilib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Bu gün biz Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyə Azərbaycan arasında mədəniyyət körpüsünü qurmaqda davam edirik. Türkiyə Azərbaycan bir-birinə yaxın ölkələrdir, lakin hər iki ölkənin mədəniyyətlərini öz aralarında tanıtmağa ehtiyac var. Bu məqsədlə Türkiyədən üç rəssam öz işlərini sərgiləmək üçün Bakıya gəlib. Əminəm ki, sərgi azərbaycanlı sənətsevərlər tərəfindən maraqla izlənəcək”.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir bildirib ki, Ulu Öndər Heydər Əliyevinbir millət, iki dövlətkimi məşhur fikri institutun istiqamətini təyin edir bu prinsiplə fəaliyyətini gerçəkləşdirməyə çalışır. Bu sərginin tərəfləri olan Türkiyə Azərbaycan arasında körpünü quran da məhz Yunus Əmrə İnstitutudur.

Konyadan gələn Hüseyin Elmas bildirib ki, sərgidə 15 əsəri nümayiş olunur. Bakıda ilk dəfə olan rəssam nəzərə çatdırıb ki, bu cür tədbirlərin təşkili gələcəkdə digər sərgilərin keçirilməsinə zəmin yaradır Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Bildirilib ki, bu sərgi son illər ərzində öz mövzusu, peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin Bursa, Konya İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları vardır.

Öz dəstxəti ilə seçilən Rauf Tuncer yaradıcılığının əsas qayəsi türk mədəniyyəti İslami motivlər, onları müşayiət edən kalliqrafik yazılar üzərində qurulub. Qədim dəyərləri müasir günümüzdə yaşatmağa çalışan Rauf Tuncer yaradıcılığında Orta Asiyanın İslamdan öncə sonrakı mədəni mirasını çağdaş vizual incəsənətlə sintez edir. Sənətkar tablolarında kalliqrafiyaya, qədim folklora, simvollara, müraciət edir.

Sənətsevərlər sərgidə Hüseyin Elmasın İslamdan öncə sonra formalaşmış türk mədəni irsinin müasir interpretasiyası ilə tanış olublar. Tarixi keçmişimizin gələcəyimiz qədər dəyərli olduğunu vurğulamağa çalışan rəssamın tablolarında türk İslam memarlığının əvəzolunmaz simvolu olanqübbə”yə digər memarlıq elementlərinə, eləcə miniatürlərə rast gəlinir. Qübbəni müşayiət edən göyərçin at fiqurları ənənəvi türk sənəti tarixində kök salmış motivlər olaraq izləyici qarşısına çıxır.

Yaradıcılığının özülü musiqi səslə yoğrulmuş Erkin Keskinin tabloları isə sanki musiqi ifa edir. Əsərlərinin aparıcı mövzusu musiqi səsdir. Hər tablo sanki ayrıca bir musiqi əsəridir. Qarışıq texnikaya müraciət edən rəssam kətan üzərində bilərəkdən relyef effekti yaradaraq izləyicini boyalarla canlanmış səs musiqini duymağa çağırır. Harmonik boyalarla işlənmiş lirik şəhər mənzərələri bir qayda olaraq musiqi ilə ahəngdarlıq təşkil edir.

 

Yeni Azərbaycan.- 2019.- 15 may.- S.6.