BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-ninElm sülh səfiribeynəlxalq tituluna Avropa Xidmət Ordeni”nə layiq görülüb

 

Professor İradə Hüseynova İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə təhsilinə göstərdiyi xidmətlərə görəElm sülh səfiribeynəlxalq tituluna mükafatına, həmçininAvropa Xidmət Ordeni”nə layiq görülüb

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanın Əməkdar müəllimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, elm, təhsil innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) BeynəlxalqSokratmükafatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz mükafatının laureatı İradə Hüseynova 2019-cu il mayın 10-da BMT-nin Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən dünya elminə təhsilinə göstərdiyi xidmətlərə görəElm sülh səfiribeynəlxalq tituluna və mükafatına layiq görülüb.

 

AZƏRTAC xəbər verir ki, professor İradə Hüseynova dünya elminə təhsilinə göstərdiyi xidmətlərinə görə, həmçinin BMT-nin Təltiflər Şurası tərəfindənAvropa Xidmət Ordeniilə təltif edilib.

 

Tarixçi alim İradə Hüseynova görkəmli dövlət siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqındaMüstəqil Azərbaycan dövlətinin yaranması möhkəmləndirilməsində Heydər Əliyevin roluadlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqamətiƏliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların dərsliklərin müəllifidir.

 

Əliyevşünas qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərinƏliyevşünaslıq elminə dəyərli töhfələr olanDövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Ãåéäàð Àëèåâ – îò ïîëèòè÷åñêîãî ðóêîâîäèòåëÿ ê îáùåíàöèîíàëüíîìó ëèäåðó” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Èñòîðè÷åñêàÿ ýíöèêëîïåäèÿ Êàâêàçà” (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir. Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib.

 

Professor İradə Hüseynovanın monoqrafiyaları, o cümlədənQafqazın tarixi ensiklopediyasıdünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilib. Bu əsərlər dünya elmi ictimaiyyətində böyük maraq doğurduğuna görə onların yenidən əldə edilməsi üçün ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, eləcə Avropa ölkələrindən alimin vətəninə sifarişlər gəlib. Onun monoqrafiyaları dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrinAlmaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas mənbə olmuşdur.

 

Görkəmli alim pedaqoq, həmçinin Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının (Bakı 1998; Bakı 2014), dərs vəsaitinin (Bakı 1999), magistr hazırlığı üçünHeydər Əliyev Qafqazda sülh prosesi” (Azərbaycan, rus ingilis dillərində, Bakı, 2003), “Qafqazşünaslığa giriş” (Bakı 2014), “Qafqazın siyasi sistemi” (Azərbaycan rus dillərində, Bakı, 2016), “Qafqazın xarici siyasəti” (Azərbaycan rus dillərində, Bakı, 2016), “Qafqaz Yaxın Şərqin ərəb ölkələri” (Azərbaycan rus dillərində, Bakı, 2016), “Qafqaz tarixinin aktual problemləri” (Bakı, 2017), “İlham Əliyev müasir dövrdə Qafqazda əməkdaşlığın inkişafı” (Bakı, 2017) adlı tədris proqramlarının müəllifidir.

 

Professor İradə Hüseynovanın uzun illər zəhmətinin, ilkin mənbələrə, arxiv sənədlərinə, mövcud tarixi ədəbiyyata, çoxsaylı xarici mənbələrə əsaslanan tədqiqatlarının nəticəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli-mənəvi dəyərlərini kompleks sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirənQafqaz xalqlarının tarixiadlı 1248 səhifə həcmində (78 çap vərəqi) fundamental dərsliyi 2018-ci ildə nəfis şəkildə nəşr olunub. Görkəmli alimin həm tarix elminə, həm qafqazşünaslığa dəyərli töhfə olan "Èñòîðèÿ íàðîäîâ Êàâêàçà" adlı monoqrafiya-dərsliyi 2019-cu il aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət kimi qiymətləndirilib.

 

Tanınmış ictimai-siyasi elm xadimi, müxtəlif vaxtlarda məsul dövlət vəzifələrində çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, qafqazşünaslığın inkişafında elmi məktəb yaratmışdır. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri var. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir, bu proses bu gün əzmlə davam etdirilir. Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün zənginləşir Azərbaycan dövlətçiliyinə xidmət edir.

 

Görkəmli alim, dəyərli ziyalı, milli təəssübkeşlik, milli dövlətçilik prinsiplərini hər zaman uca tutan İradə Hüseynova Azərbaycan elmini təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium konfranslarda uğurla təmsil etmiş, orada geniş elmi məruzələrlə çıxışlar etmişdir. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub. Alimin fəaliyyət dairəsi kifayət qədər geniş çoxşaxəlidir. Belə ki, o, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın kişilərin hüquqları, cəmiyyətdə yeri rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.

 

Fədakar, zəhmətkeş alim, dəyərli ziyalı, professor İradə Hüseynovanı bu günlərdə qazandığı növbəti nailiyyəti - BMT-ninElm sülh səfiribeynəlxalq tituluna mükafatına, həmçininAvropa Xidmət Ordeni”nə layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona dövlətçiliyimizin inkişafında yeni-yeni böyük uğurlar arzu edirik.

 

Yeni Azərbaycan.- 2019.- 15 may.- S.6.