“Pekin Ekspo
2019” Botanika Sərgisində
Azərbaycan pavilyonunun
rəsmi açılışı
olub
Mayın 14-də Çin Xalq Respublikasının paytaxtında
“Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı
olub.
AZƏRTAC xəbər verir ki, açılışda
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
“Təbiəti qoruyaq, daha yaxşı
yaşayaq” mövzusunda
keçirilən botanika
sərgisində Azərbaycan
milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
dəstəyi ilə hazırlanıb. “Azərbaycan:
təbiət və incəsənətin harmoniyası”
adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin
öz tarix və ənənələrinə
sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı,
sabit inkişafını
və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini
xarakterizə edir.
Pavilyonun interyer
dizaynı ölkəmizin
adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının
timsalında incəsənət
və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır,
ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Nümayiş
olunan xalçalar Azərbaycanın xalçaçılıq
məktəbləri üzrə
dörd hissəyə
bölünüb: Qarabağ,
Təbriz, Gəncə-Qazax,
Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində
əks olunur.
Bundan başqa,
Xarıbülbül gülünü
rəqəmsal formatda
əks etdirən eksponat da nümayiş
etdirilir.
Sərgi ziyarətçiləri
Azərbaycan pavilyonunda
milli musiqi alətlərimizlə tanış
ola, videomateriallar vasitəsilə Azərbaycan
musiqisini dinləmək
və milli rəqslərimizə baxmaq
imkanı əldə edə bilərlər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur.
Qeyd edək
ki, pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb
və buna uyğun bitki çeşidləri əkilib.
Burada, həmçinin
Azərbaycan təbiətinə
xas olan ağac və çiçəklər təqdim
olunur.
Açılış mərasimində Azərbaycan
incəsənət ustalarının
ifasında konsert proqramı təqdim olunub. Sərgi ziyarətçiləri Azərbaycan
musiqisini dinləyib, rəqslərinə tamaşa
ediblər.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva “Asiya sivilizasiyalar dialoqu” konfransı çərçivəsində iştirakçı ölkələrin
mədəni irsinin nümayiş olunduğu sərgidəki Azərbaycan
stendi ilə də tanış olub.
Yeni Azərbaycan.-
2019.- 15 may.- S.3.