Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Beynəlxalq Ailə Günü münasibətilə tədbir
keçirib
BMT Baş Assambleyasının
1993-cü il 20 sentyabr
tarixli qətnaməsinə
müvafiq olaraq,
1994-cü ildən etibarən
hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Bu
münasibətlə Ədliyyə
Nazirliyi tərəfindən
Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində
“Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda
yığıncaq keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ədliyyə,
Səhiyyə nazirliklərinin,
Mətbuat Şurasının,
Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş
cəmiyyətinin təmsilçiləri,
psixoloqlar, habelə regionlarda yaşayan və 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər,
gənc ailələr
iştirak ediblər.
Yığıncaqda Nəsimi Rayon
İcra Hakimiyyəti başçısının birinci
müavini Gülarə
Verdiyeva və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin
rəhbəri Aynur Sabitova çıxış
edərək bütün
dünyada qeyd olunan Beynəlxalq Ailə Günündə ölkəmizdə də müxtəlif tədbirlərin
keçirildiyini bildiriblər.
Həmçinin hazırkı
tədbirin planetimizdə
yaşayan bütün
insanların diqqətini
bir daha ailə problemlərinin həllinə yönəltməyə
xidmət etdiyi ifadə olunub.
Çıxışlarda ölkəmizdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu
xüsusilə vurğulanıb.
Eləcə də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir ailəyə
diqqət və qayğısı, ailə
dəyərlərinin qorunub
saxlanılması, ailələrin
sosial müdafiəsinin
gücləndirilməsi üzrə
həyata keçirilən
ardıcıl tədbirlər
barədə məlumat
verilib.
Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının
reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Mətbuat Şurasının sədr
müavini Umud Mirzəyev, “Konstitusiya” Araşdırmaları Fondunun
prezidenti Əliməmməd
Nuriyev və digər çıxış
edənlər bildiriblər
ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına
sədaqət, qarşılıqlı
sevgi və digər dəyərlərə
söykənir.
Sonra zəngin
və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür
yolundan bəhs edən “Əsl məhəbbət haqqında”
filmi nümayiş etdirilib.
Tədbirə dəvət olunmuş uzunömürlü ailələrin
üzvləri keçdikləri
ömür-gün yolu
barədə söhbət
açaraq yeni ailə quran gənclərə tövsiyələrini
veriblər. Daha sonra 25-50 il birgə ömür sürmüş ailələrə
hədiyyələr təqdim
olunub.
Tədbir Bakı
Musiqi Akademiyasının,
Azərbaycan Respublikası
Milli Konservatoriyası
nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf
Mərkəzinin bədii
kollektivlərinin konserti
ilə davam edib.
Yeni Azərbaysan.-
2019.- 16 may.- S.7