ÖzbəkistanınMədəniyyət mərifəttelekanalında Azərbaycan haqqında videoreportaj yayımlanıb

 

ÖzbəkistanınMədəniyyət mərifəttelekanalında Azərbaycan haqqında özbək dilində videoreportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin ölkəmizə mediaturu təşkil olunub, onlar Bakını regionlarımızı gəzib, videomateriallar hazırlayıblar.

Telekanalın müxbiri Nazira Boymuradova reportajında Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan haqqında məlumat verir. Jurnalist qeyd edir ki, paytaxt Bakıdakı binalarda da məhz Şərq Qərb memarlıq ənənələri vəhdət təşkil edir.

Reportajda qeyd olunur ki, Böyük İpək Yolu üzərində yerləşdiyindən Azərbaycanda elm, mədəniyyət incəsənət sürətlə inkişaf edib.

Azərbaycanın coğrafiyası haqqında ətraflı məlumat verən müəllif Bakının mərkəzində çəkilişlər aparıb, özbək Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələrindən söhbət açıb.

İçərişəhərin tarixi haqqında danışan jurnalist bu məkanı Özbəkistandakı qədim Xivə şəhərindəki İçan Kala ilə müqayisə edir. Bildirilir ki, Qız Qalası İçərişəhərin dəniz tərəfdən qapısıdır. Turistlər İçərişəhərə adətən buradan Qoşa Qala qapısından daxil olurlar. Hər iki qapıdan qədim şəhərə girərkən sanki əfsanəvi bir məkana düşürsən. Burada hər şey qədimlikdən xəbər verir. Qeyd olunur ki, İçərişəhərdə Xivədəki İçan Kalada indi insanlar yaşayırlar. Hər gün hər iki məkanda yüzlərlə turist görmək olar. Jurnalist İçərişəhəri qədim Səmərqənd Buxara ilə müqayisə edir.

Reportajda Azərbaycan musiqisi, o cümlədən muğamlarımız haqqında da danışılır.

JurnalistŞəhidlər xiyabanıhaqqında da tamaşaçılara məlumat verir, Azərbaycanın ərazi bütövlüyü müstəqilliyi uğrunda canlarını fəda edən oğullar qızlar haqqında söhbət açır.

Tamaşaçılara Xəzər dənizi, Azərbaycanın iqtisadiyyatı, neft strategiyası barədə ətraflı məlumat verilir.

Reportajda maraq doğuran məqamlardan biri odur ki, jurnalist yerli sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.

 

Yeni Azərbaycan.- 2019.- 17 may.- S.7