Günay Əfəndiyeva: Türk dünyası miraslarının bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır

 

Sadəcə keçmiş hadisələrdən ibrət götürərək, gələcək nəsillər üçün daha yaxşı bir gələcək qura bilərik. Bunun ən parlaq müasir örnəklərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılanBakı Prosesi”nin bir hissəsi kimi Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bu Forum çərçivəsində keçirilənTürkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun roludəyirmi masada türkdilli xalqlarının mədəniyyətinin inkişafı, onun dünya mədəniyyətinə töhfələri müzakirə olundu. Böyük İpək Yolu boyunca çox sayda türk dünyası miraslarını müşahidə edə bilərik. Təəssüf ki, bu mirasların bəziləri işğal edilmiş Dağlıq Qarabağda olduğu kimi təhlükə altındadır. İnanıram ki, səylərimiz türk dünyasının vacib miraslarının qorunması üçün birləşdirilməlidir.

Bu fikri Parisdə UNESCO-nun mənzil qərargahında keçirilənBöyük Çöl: onun mədəni mirası dünya tarixində roluForumunun açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib.

Bildirib ki, türk xalqları Avrasiya qitəsinin formalaşmasında mühüm rol oynayıblar. Qədim Böyük İpək Yolunun fəaliyyət göstərməsi üçün tolerantlıq, sülh anlaşma şəraitinin yaradılmasının vacibliyini vurğulamaq daim maraqlıdır. Türk xalqlarının tarixində müxtəlif mədəniyyətlərə inanclara qarşı böyük tolerantlığı müşahidə olunur. Tarix boyunca türk xalqları eyni vaxtda ya ardıcıl olaraq xristianlıq, yəhudilik, buddizm İslam kimi universal dünya dinlərini praktikada tətbiq etmişlər. “Məndə sığar iki cahan, mən bu cahana sığmazamdeyən İmadəddin Nəsimi o dövrün bəzi insanlarının dərəcədə fəlsəfi düşüncəyə malik olmasının göstəricisidir.

Forumun təşkilinə görə Beynəlxalq türk Akademiyasına, UNESCO-ya təşəkkürünü bildirən G.Əfəndiyeva bildirib ki, Forum ümumi məqsədlərə nail olmaq istiqamətində görülən işlərə dair fikirlərin toplanmasına, mübadiləsinə gələcəkdə atılacaq ümumi addımların planlaşdırılmasına imkan verir. “Mədəni, tarixi irsimizin, türk dünyası mədəniyyətinin təbliğ edilməsində yayılmasında həqiqətən çox çətinliklərimiz var. Araşdırmalar apardıqca onun zənginliyi hamını təəccübləndirir. İnanıram ki, hər birimiz öz səviyyəsində sahəsində onun mümkün qədər çox yayılmasına tanıdılmasına töhfə verəcəyik”, - deyə G.Əfəndiyeva diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti qeyd edib ki, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin irəli sürdüyüBöyük Çölkonsepsiyasının coğrafi cəhətdən, eləcə mədəniyyət baxımından geniş sahəni əhatə edir. Konsepsiya ümumi fikirləri qoruyan yaymaqda kömək edə biləcək bir yanaşma irəli sürür. Forumun mövzusunun ümumi türk tarixinin onu dünyaya təqdim etmək yollarının əsas mərhələlərini göstərir. Bütün türkdilli xalqların eyni əcdadı mədəni mirası paylaşdığını unutmamalıyıq. “Kitabi-Dədə Qorqud”, “Manas”, Yusif Hacib BalasaqunlununQutadqu-bilikeposlarından müasir dövrlərə qədər tariximizdə bir çox epizodlar birliyimizi əks etdirir.

Düşünürəm ki, belə işlərimizlə birlikdə tariximizin daha yaxşı dəyərləndirilməsinə, eləcə dünyada tanıdılmasına nail ola bilərik. Türk dünyasının görkəmli sənətkarı Aşıq Veysəlin dediyi kimiBiz uzun incə yoldayıq”. İnanıram ki, bu Forum məqsədlərimizə çatmağa töhfələr verəcək uğurlu olacaqdır”, - deyə G.Əfəndiyeva bildirib.

 

Yeni Azərbaycan.- 2019.- 16 may.- S.4