YAP Mingəçevir şəhər
təşkilatı Gənclər
Birliyinin V konfransı
keçirilib
Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir
şəhər təşkilatı
Gənclər Birliyinin
V konfransı keçirilib.
Konfrans iştirakçıları
əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri düzərək,
dahi şəxsiyyətin
xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Mingəçevir şəhər
təşkilatı Gənclər
Birliyinin sədri Bəxtiyar Mustafayev IV konfransdan ötən müddət ərzində
görülən işlər
barədə hesabat məruzəsi ilə çıxış edib.
Sonra konfrans
iştirakçılarından Emin Paşayev, Eldar Dərişov, Elgiz Mirzəyev hesabat məruzəsi ətrafında çıxış
edərək görülmüş
işləri qənaətbəxş
qiymətləndiriblər.
Çıxış edən YAP Mingəçevir
şəhər təşkilatının
sədri Cavanşir Yusubov şəhər təşkilatının ötən
illər ərzində
gördüyü işlərdən,
həyata keçirdiyi
tədbirlərdən danışıb
və bu tədbirlərdə xüsusən
gənclərin aktiv fəaliyyətini müsbət
qiymətləndirib. C.Yusubov qeyd
edib ki, ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət
gənclər siyasəti
gənclərin öz
bilik və bacarıqlarını ifadə
etmək, cəmiyyətdə
layiqli yer tutmaları üçün
münbit şərait
yaradıb.
Konfransda çıxış
edən Mingəçevir
şəhər İcra
Hakimiyyətinin başçısı
İlham İsmayılov
bildirib ki, Azərbaycan gəncliyi ölkəmizin inkişafı
prosesində və uğurların qazanılmasında
fəal iştirak edir. Onun sözlərinə
görə, Mingəçevir
şəhərində quruculuq
işlərində də
gənclər, o cümlədən
YAP-ın üzvü olan gənclər yaxından iştirak edirlər.
YAP Siyasi Şurasının
üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Azərbaycan
gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün
dövlətin göstərdiyi
diqqət və qayğıdan bəhs edib. Natiq Azərbaycan dövlətinin
gənclərə göstərdiyi
yüksək diqqət
və qayğıdan,
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər
siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində
gənclərimizin qazandıqları
nailiyyətlərdən
danışıb. O bildirib
ki, Yeni Azərbaycan Partiyasında
gənclərə öz
fəaliyyətlərini daha
da genişləndirmələri
üçün lazımi
şərait yaradılıb.
A.Mirzəzadə sonda
YAP Mingəçevir şəhər
təşkilatının Gənclər
Birliyinə gələcək
fəaliyyətində uğurlar
arzulayıb.
Sonra təşkilati
məsələlərə baxılıb. YAP Mingəçevir
şəhər təşkilatının
37 nəfərdən ibarət
Şura, 15 nəfərdən
ibarət İdarə
Heyəti müəyyənləşib.
Bəxtiyar Mustafayev şəhər təşkilatı
Gənclər Birliyinin
sədri, Aytac Cavadova və Cavid Məmmədov isə sədr müavinləri seçilib.
Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına
nümayəndələr seçilib.
Yeni Azərbaycan.-
2019.- 17 may.- S.7