Xaricdə yaşayan bəzi radikal şəxslərin peşmançılığı Azərbaycan cəmiyyətindəki ictimai qınağın öz hədəfinə çatdığını sübut edir

 

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:

- Əli müəllim, bu günlərdə radikal müxalifətin Avropada yaşayan bəzi nümayəndələri tərəfindən müəyyən etiraflar, xüsusilə Azərbaycanın dövlət başçısına qarşı fəaliyyətlərindən peşmançılıq ifadə edən bəyanatlar səslənməkdədir. Vaxtilə radikal mövqedən çıxış edən şəxslərin birdən-birə mövqe dəyişikliyi nümayiş etdirmələrinin səbəbləri barədə fikirlərinizi bilmək istərdik.

- Biz bu prosesləri pozitiv, müsbət hadisə kimi qarşılayırıq. Belə ki, əgər Azərbaycandan kənarda olan özlərinimühaciradlandıran bəzi şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqına, onun maraqlarına birbaşa xidmət etdiyini başa düşür bu baxımdan fikirlərində dəyişiklik edirlərsə, bu, müsbət haldır. Bu proses Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına onun daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin bu proses onu göstərir ki, fərqli fikirlərə, qarşıdurmaya baxmayaraq, müəyyən zaman keçdikdən sonra haqq-ədalət öz yerini tapır.

Bu kontekstdən çıxış edərək demək mümkündür ki, bəzi radikal şəxslərin peşmançılığı, dövlət başçısından üzr istəməsi etirafları Azərbaycan cəmiyyətində uzun müddətdir davam edən ictimai qınağın öz hədəfinə çatdığını sübut edir. Ümumiyyətlə, birdən-birə ya hansı səbəbdən baş verməsindən asılı olmayaraq, bəzi şəxslərin Azərbaycanın, onun dövlət başçısının əleyhinə olan mövqelərində dəyişiklik etməsi proseslərini müsbət dəyərləndiririk.

- Peşmançılıq keçirən həmin şəxslərdən biri axırıncı bəyanatlarında Azərbaycana qayıtmaq, burada fəaliyyət göstərmək ehtimalını istisna etmir. Buna münasibətiniz necədir?

- Ümumiyyətlə götürəndə, istər həmin şəxs, istərsə indiyə qədər xaricdə yaşayan digər biri Azərbaycana qayıtmaq istəyirsə, bu, mümkündür. Yəni Azərbaycanda bütün vətəndaşlarımız üçün yaşamaq, işləmək üçün şərait var. Bir çox vətəndaşımız bəzən təhsil almaq, bəzən işləmək üçün xarici ölkələrə üz tutur. Xaricdə yaşayan çoxlu soydaşlarımız var ki, onlar zaman-zaman Azərbaycana qayıdır, öz bilik bacarıqlarını burada tətbiq edirlər. Yəni Azərbaycana qayıtmaq, həmçinin Azərbaycandan getmək azad şəkildə həyata keçən proseslərdir.

- Əli müəllim, bu günlərdə Azərbaycanın Prezidenti İlham Əliyevin Avropa İttifaqınınŞərq tərəfdaşlığıProqramının 10 illiyinin qeyd olunması tədbirləri çərçivəsində Brüsselə uğurlu səfəri baş tutdu. Bu proseslərin fonunda bəzi antimilli qüvvələrin təxribat cəhdi oldu. Xaricdəki bəzi radikalların peşmançılığı prosesi fonunda bu cür hərəkətləri necə qiymətləndirmək olar?

- Cənab Prezidentin Brüsselə sonuncu səfərini mütləq şəkildə uğurlu adlandırmaq olar. Ona görə ki, Azərbaycan regionun sürətli inkişafı ilə seçilən müstəqil dövləti kimi Avropa İttifaqı ilə qarşılıqlı sıx iqtisadi, siyasi mədəni münasibətlərə malikdir, Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın qüdrətli dövləti olduğuna görə Azərbaycanın dövlət başçısı da Brüsseldə Avropa İttifaqı rəhbərləri tərəfindən çox böyük hörmətlə qarşılanıb, səmərəli görüşlər baş tutub. Bu görüşlər bir daha sübut etdi ki, bəzi üzdəniraqların neqativ davranışları Azərbaycan Prezidentinin ölkəmizin nüfuzuna heç bir xələl gətirə bilməz.

Bu hadisə bir-iki antimilli şəxsin mənəvi-əxlaqi durumunun ən aşağı səviyyədə olmasının bir daha açıq şəkildə nümayiş etdirilməsidir. Çünki Azərbaycan Prezidenti ölkəmizdən kənara səfərlər zamanı Azərbaycan xalqını, dövlətimizi təmsil edir. Belə bir qeyri-etik heç bir tərbiyəyə sığmayan davranış bütövlükdə həm Azərbaycan cəmiyyətində, həm Avropada, o cümlədən Brüsseldə yaşayan soydaşlarımız tərəfindən kəskin şəkildə qınanılmaqdadır.

- Ümumiyyətlə götürəndə, belə demək mümkündür ki, xaricdə yaşayan soydaşlarımız, o cümlədən Avropadakı Azərbaycan diasporunun əksər üzvləri Azərbaycan Respublikasının, onun dövlət başçısının yürütdüyü xarici siyasəti tam dəstəkləyirlər.

- Əlbəttə, birmənalı olaraq deyə bilərik ki, Avropadakı Azərbaycan diasporu həmişə dövlət başçısının Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun şəkildə apardığı uğurlu praqmatik siyasətə dəstək verir. Həmçinin xaricdə yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz Azərbaycan Prezidentinin siyasətini dəstəkləyirlər, Onunla həmrəydirlər diaspor qurumları tərəfindən vaxtaşırı keçirilən tədbirlər bunun bariz nümunəsidir. Üç-beş nəfər təxribatçının sonuncu qeyri-etik davranışına gəlincə, onlar heç bir halda Avropada yaşayan əksər soydaşlarımızı, diasporumuzu təmsil etmirlər. Əksinə, onlar xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən xüsusi dairələr erməni lobbisi tərəfindən maliyyələşdirilən dəstənin üzvləridir.

 

Yeni Azərbaycan.- 2019.- 17 may.- S.5.