Milli Onkologiya Mərkəzi mütəxəssislərinin
iştirakı ilə
“Rostov-Bakı” telekonfransı
keçirilib
Mayın 15-də Rusiyanın Rostov şəhərində antibakterial
terapiya və kliniki mikrobiologiya üzrə Rusiya-Azərbaycan
elmi-praktik konfransı
öz işinə başlayıb.
AZƏRTAC xəbər
verir ki, iki gün davam
edəcək konfrans Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Rostov Onkoloji Elmi Tədqiqat İnstitutu” Federal Dövlət Büdcə Təşkilatı, Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin Milli Onkologiya Mərkəzi və Rostov vilayətinin Səhiyyə
Nazirliyi tərəfindən
təşkil olunub.
Konfransda Rusiya,
Azərbaycan və Almaniyanın aparıcı
mütəxəssislərinin antibakterial terapiya və klinik mikrobiologiya mövzusunda təqdimatları dinlənilib
müzakirə ediləcək.
Tədbir çərçivəsində
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin
onlayn iştirakı ilə “Rostov-Bakı” telekonfransı keçirilib.
Tədbirdə əsasən “Onkologiyada
infeksiya ağırlaşmaları
və onların həlli yolları”, “Sepsisin intensiv müalicəsi”, “Həyati
təhlükəli infeksiyalar:
diaqnostika və müalicənin müasir aspektləri”, “Antibakterial müalicənin nəzarət
strategiyası (AMNS): antibiotikə
davamlılığa nəzarət”
və digər mövzularda məruzə və çıxışlar dinləniləcək.
Konfransın proqramına iki elmi-praktik seminar da daxildir. Seminarlar “Mikrobioloji
diaqnostikanın yeni xüsusiyyətləri” və
“Mikrobioloji laboratoriya avadanlıqlarının müasir
səviyyəsi: tədqiqat
və təcrübə”
proqramları üzrə
Rostov, Pyatiqorsk, Novosibirsk və
Moskva şəhərlərinin
mütəxəssisləri tərəfindən aparılacaq.
Elmi-praktik konfransda 500-ə yaxın
bakterioloq-mikrobioloq, bioloq,
onkoloq, anestezioloq-reanimatoloq,
infeksion xəstəliklər
mütəxəssisi, klinik
farmakoloq, əczaçı,
akuşer-ginekoloq, kardioloq,
neonatoloqlar, otorinolarinqoloq,
molekulyar genetika sahəsinin mütəxəssisi,
klinik və fundamental onkologiya sahəsində tədqiqatçılar və
digər tibbi ixtisas mənsubları iştirak edirlər.
Tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası Səhiyyə
Nazirlikləri tərəfindən
akkreditasiya edilib. Konfransın sonunda
iştirakçı mütəxəssislərə
beynəlxalq sertifikatlar
təqdim olunacaq.
Konfrans öz işini mayın 16-da başa çatdıracaq.
Yeni Azərbaycan.- 2019.- 16 may.- S.6