Həqiqət uğrunda mübarizə aparan şair
Mayın 16-da Bakı şəhəri,
94 nömrəli orta məktəbdə Azərbaycan
xalqının çoxəsrlik
ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair
İmadəddin Nəsiminin
anadan olmasının
650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
məktəbin direktoru
Şəmsəddin Vəliyev
Nəsiminin poeziyasının
elmliyi, fəlsəfiliyi,
poetikliyi, orijinallığının
həmişə yüksək
qiymətləndirildiyini deyib.
O bildirib ki, Nəsimi təkcə Azərbaycanda deyil, dünyada tanınan şairlər sırasındadır:
“UNESCO tərəfindən dahi
şairin adı görkəmli şəxsiyyətlərin
siyahısına daxil edilib. 1973-cü ildə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunub. Prezident
İlham Əliyev ötən il noyabrın 15-də dahi şairin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla yanaşı, ölkəmizdə 2019-cu il
“Nəsimi ili” elan edilib”.
Azərbaycanda İmadəddin Nəsiminin
adının əbədiləşdirildiyini
və "Nəsimi ili" çərçivəsində
tədbirlərin keçirildiyini
diqqətə çatdıran
məktəbin direktoru
belə tədbirlərin
davamlı olacağını
da vurğulayıb.
Sonra bədii hissə
ilə davam edən tədbirdə şairin həyat və yaradıcılığı
haqqında məlumat verilib, məktəbin şagirdlərinin ifasında
Nəsimiyə aid səhnəciklər göstərilib,
şairin əsərləri
səsləndirilib, videoçarxlar
nümayiş olunub.
Daha sonra Azərbaycan-Gürcüstan
ədəbi əlaqələrinin
inkişafında xüsusi
xidmətləri olan,
"Şöhrət" ordenli
şair Ramiq Muxtar, Yazıçılar
Birliyinin üzvü Səməndər Məmmədov,
Bakı şəhər
3 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
bədii rəhbəri,
"Çiçəyim" Uşaq Teatr Studiyasının rəhbəri Rəna Kərimova, məktəbin
Azərbaycan dili-ədəbiyyat
müəlliməsi Sahilə
Məmmədova çıxış
edərək həqiqət
uğrunda, azadlıq naminə mübarizə aparan şairin ədəbi irsinin şagirdlərə aşılamasının
vacibliyini qeyd ediblər. Onlar mütəfəkkir şairin
zəngin mənəvi
irsinin bu gün də insanların mənəvi və əxlaqi cəhətdən kamilləşməsində
böyük əhəmiyyətə
malik olduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində
məktəbin texnologiya
müəlliməsi Tərgül
Hüseynovanın rəhbərliyi
ilə şagirdlərin
hazırladığı əl
işlərindən ibarət
sərgi də nümayiş olunub.
Yeni Azərbaycan.-
2019.- 18 may.- S.7.