Azərbaycan Avropa İttifaqı üçün
etibarlı və məsuliyyətli tərəfdaşdır
Bu təşkilatla
bir çox sahələri əhatə
edən münasibətlərin
inkişafı ölkəmizin
xarici siyasət kursunun prioritetlərindən
biridir
Cənubi Qafqaz
regionunun lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə
həyata keçirilən
səmərəli xarici
siyasət kursu nəticəsində ölkəmizin
beynəlxalq mövqeyi
davamlı olaraq möhkəmlənir, respublikamızın
ikitərəfli və
çoxtərəfli münasibətləri
uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq təşkilatlarda
öz milli maraqlarına uyğun olaraq müvəffəqiyyətlə
təmsil olıunur. Bu kontekstdə ölkəmiz ilə Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələrinin
mövcud olduğunu xüsusi vurğulamaq gərəkdir. Azərbaycanın
bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri
mövcuddur, ölkəmiz
Avropa İttifaqı üçün əhəmiyyətli
tərəfdaşdır. Təsadüfi deyil ki, Avropa
İttifaqı Şurasının
Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü
zamanı Azərbaycanı
Aİ-nin etibarlı, məsuliyyətli tərəfdaşı
kimi qiymətləndirib,
Azərbaycanın regionda
oynadığı rolun
Aİ tərəfindən müsbət
qiymətləndirildiyini vurğulayıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən
Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan ilə Aİ arasında mühüm əlaqələrin
olduğunu, qurumun ölkəmizi yaxın tərəfdaş qismində
qəbul etdiyini söyləyib. Onun sözlərinə görə,
Aİ ilə əlaqələr
Prezident İlham Əliyev tərəfindən
Azərbaycanın xarici
siyasətinin prioritetlərindən
biri kimi müəyyən edilib: “Avropa İttifaqı ilə ölkəmiz arasında bir çox sahələrdə
qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələri
mövcuddur. Bu, özünü enerji sahəsindəki əməkdaşlıqda
daha qabarıq şəkildə büruzə
verir. Azərbaycan
Aİ-nin enerji təhlükəsizliyinə mühüm
töhfə verir”.
Millət vəkili
onu da vurğulayıb
ki, Aİ Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir və
bu, qəbul olunmuş ikitərəfli
sənədlərdə də
özünü aydın
göstərir. R.Əliyev bildirib
ki, hələ 2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının
mənzil-qərargahına səfəri
zamanı paraflanmış
“Tərəfdaşlıq prioritetləri”
adlı sənəddə
Aİ Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə öz dəstəyini açıq
şəkildə ifadə
etmişdi: “Bu amil olduqca vacibdir.
Avropa İttifaqı Şurasının
prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı
ölkələrinin dövlət
və hökumət başçılarının şərəfinə
verilən şam yeməyi zamanı çıxışında Prezident
İlham Əliyev Şərq Tərəfdaşlığı
Proqramının iştirakçısı
olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz
həllini tapmamasını
təəssüflə qeyd
etdi. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin
Ermənistan tərəfindən
işğal olunduğunu,
bir milyondan çox soydaşımızın
qaçqın və məcburi köçkünə
çevrildiyini vurğulayaraq
bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki,
bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə,
BMT Təhlükəsizlik Şurasının
qətnamələri əsasında,
Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi
və sərhədlərinin
toxunulmazlığı çərçivəsində
həll olunmalıdır.
Aİ kimi mötəbər
bir qurumun tribunasından səslənən
bu fikirlər Azərbaycan dövlətinin
öz mövqeyində
qəti olduğunu bir daha həm
işğalçı ölkəyə,
həm də digər dövlətlərə
nümayiş etdirmiş
oldu. O ki qaldı sonuncu toplantıda yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddialara, onların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulmuşdu.
Sonra isə bütün iştirakçı dövlətlərin
rəyi də nəzərə alınmaqla
Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə Ali Komissarının adından
ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınmışdı.
Bu sənəddə də Aİ-nin əvvəlki
illərdə qəbul
olunmuş sənədləri,
o cümlədən 2017-ci il
Brüssel sammitinin yekunları ilə bağlı sənədin
müvafiq müddəaları
da nəzərə alınmışdı. Birmənalı
şəkildə qeyd
etmək olar ki, Aİ “Şərq tərəfdaşlığı” proqramında iştirak edən bütün dövlətlərin
ərazi bütövlüyü
və suverenliyini dəstəkləyir. Hazırda
Aİ ilə Azərbaycan
arasında tərəfdaşlığa
dair sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
və Azərbaycanın
milli maraqlarına, ölkəmizin mövqelərinin
möhkəmlənməsinə xidmət edən məqsədyönlü siyasət
nəticəsində Azərbaycanın
geosiyasi nüfuzu artıb, respublikamız regional və qlobal miqyaslı proseslərə müsbət mənada təsir göstərə
bilən aktora çevrilib”. Bunu isə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə
heyətinin üzvü
Sahibə Qafarova deyib. Onun sözlərinə
görə, son illərdə ölkəmizin
beynəlxalq əlaqələri
əhəmiyyətli dərəcədə
genişlənib. Azərbaycan
xarici ölkə və təşkilatlarla əməkdaşlıqda bir
qayda olaraq xoş məram nümayiş etdirir, özünü etibarlı,
beynəlxalq hüquq normalarına hörmət
edən tərəfdaş
kimi təsdiqləyib.
“Azərbaycanın son
illərdə əlaqələrini
daha da inkişaf
etdirdiyi və qarşılıqlı münasibətlərdə
yaxşı perspektivlər
yarandığı beynəlxalq
qurumlardan biri də Avropa İttifaqıdır. Azərbaycanla
Avropa İttifaqı arasında qarşılıqlı
maraqlara söykənən
səmimi, işgüzar,
faydalı əməkdaşlıq
əlaqələri mövcuddur.
Tərəflər arasında
mövcud olan münasibətlər çoxşaxəli
olmaqla böyük əhəmiyyətə malikdir”,
- deyə S.Qafarova bildirib.
Millət vəkilinin sözlərinə
görə, Azərbaycan
Prezidenti İlham Əliyevin mayın 13-də
Brüsselə səfəri
çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti
Donald Tusk ilə görüşündə
də bu əlaqələr yüksək
qiymətləndirilib. Ölkəmizin
Avropa İttifaqı üçün etibarlı
və məsuliyyətli
tərəfdaş
olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək
qiymətləndirildiyini vurğulayıb:
“Avropa İttifaqının
yüksək səviyyəli
təmsilçisi tərəfindən
səsləndirilən bu
fikir, təbii ki, obyektiv reallıqlara
əsaslanır. Avropa
İttifaqı Azərbaycanı
yüksək potensiala
malik ölkə hesab edir və
respublikamızın beynəlxalq
münasibətlər sistemində
rolunu lazımınca qiymətləndirir. Bu isə, ölkəmizin güclü iqtisadi potensialı və geniş tranzit imkanlara malik olması ilə bağlıdır. Son illərdə Azərbaycanın
təşəbbüsləri və birbaşa iştirakı ilə reallaşdırılan enerji
layihələri bütövlükdə
Avropanın enerji daşıyıcıları istehlakının
ödənilməsində mühüm
rol oynayır. Gələcəkdə Avropanın
enerji təhlükəsizliyində
respublikamızın rolunun
daha da artacağı
proqnozlaşdırılır.
Həmçinin ölkəmizin siyasi baxımdan əhəmiyyəti
də münasibətlərin
inkişafında vacib
rol oynayır. Azərbaycanın daim nümayiş etdirdiyi konstruktiv mövqe beynəlxalq aləmdə ölkəmizə qarşı
böyük inam yaradıb. Qısa müstəqillik tarixinə
malik olan Azərbaycanın dünyanın
155 ölkəsinin etimadını
qazanaraq 2012-2013-cü illərdə
BMT TŞ-nin qeyri-daimi
üzvü seçilməsi
və bu müddətdə TŞ-yə
iki dəfə uğurla sədrlik etməsi bunun təsdiqidir. Bütün bunların müqabilində
digər beynəlxalq təşkilatlar kimi,
Aİ də Azərbaycanın
regional və qlobal miqyasda siyasi əhəmiyyətini
yüksək qiymətləndirir”.
Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı ölkələri
arasında iqtisadi-ticarət
əlaqələrinin də
genişləndiyini vurğulayan
Sahibə Qafarova deyib ki, hazırda
Avropa İttifaqına
daxil olan ölkələr Azərbaycanın
əsas ticarət tərəfdaşları qismində
çıxış edirlər.
Ölkəmizin xarici ticarət dövriyyəsinin,
demək olar ki, yarısı Avropa İttifaqının
üzvü olan ölkələrlə aparılır
və Avropa İttifaqı ölkələri
Azərbaycanın əsas
investorlarıdır. Respublikamıza
xarici sərmayələrin
50 faizi məhz Avropa İttifaqından daxil olur.
Ölkəmizin də Aİ ilə
əlaqələrə böyük
əhəmiyyət verdiyini
bildirən Milli Məclisin deputatı xatırladıb ki, mayın 13-də Brüsseldə
Avropa İttifaqı Şurasının prezidenti
Donald Tuskun adından “Şərq tərəfdaşlığı” ölkələrinin dövlət
və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən
Prezident İlham Əliyev Azərbaycanın
bu mövqeyini bir daha ifadə
edib: “Beləliklə,
sadalanan faktlar və səsləndirilən
fikirlər bir daha Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin
uğurla inkişaf etdiyini, tərəflərin
bu münasibətlərə
böyük əhəmiyyət
verdiyini təsdiqləyir.
O cümlədən Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər
də Azərbaycanla
Aİ arasında tərəfdaşlığın
möhkəmlənməsi baxımından
mühüm əhəmiyyət
kəsb edib, bir sıra sahələr
üzrə əməkdaşlıq
prioritetləri bir daha nəzərdən
keçirilib”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 18 may.- S.6.