Yeni Azərbaycan Partiyası Mədəniyyət Nazirliyinin birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib

 

Əli Əhmədov: Birgə fəaliyyətimizin cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcəyinə inanıram

Mayın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin çox müxtəlif təbəqələrini özündə birləşdirdiyini bildirib. Onun sözlərinə görə, partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri kifayət qədər geniş şəkildə təmsil olunur YAP-ın fəaliyyətinə öz töhfələrini verməkdədirlər. Əli Əhmədov deyib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası təkcə ictimai-siyasi həyatımızla deyil, digər sahələr, o cümlədən ölkənin mədəni həyatında da yaxından iştirak edən insanlardan ibarətdir. Buna görə YAP-ın həyata keçirdiyi fəaliyyət təkcə siyasətlə bağlı deyil, müxtəlif fəaliyyət sahələri, o cümlədən mədəniyyət incəsənətlə bağlı olan sahələri əhatə edir. Onun sözlərinə görə, YAP-ın çox tanınmış simaları içərisində Azərbaycan mədəniyyətini, incəsənətini, ədəbiyyatını təmsil edən çoxlu sayda şəxslər var: Onlar həm mədəniyyət incəsənətə böyük töhfələrini verirlər, həm Azərbaycanın möhtəşəm siyasi təşkilatı olan YAP-ın fəaliyyətinin güclənməsi istiqamətində xidmət göstərirlər. Beləliklə, partiyamızın fəaliyyəti çoxşaxəlidir. Hesab edirəm ki, partiyamızın cəmiyyətdəki nüfuzunun yüksək olmasının səbəbləri bir tərəfdən onunla əlaqədardır ki, Heydər Əliyev ideyalarını daşıyan YAP iqtidarın formalaşmasında bilavasitə rol oynayır, Prezident İlham Əliyevin siyasətinin uğurlar qazanmasında iştirak edir. Digər tərəfdən, YAP cəmiyyətin bütün təbəqələrinin yüksək nüfuzunu qazanmış bir təşkilat kimi fəaliyyət göstərir”.

Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası mədəniyyət, incəsənət nümayəndələri ilə qarşılıqlı fəaliyyətinə yeni təkan, yeni nəfəs vermək niyyətindədir. YAP-ın Mədəniyyət Nazirliyi ilə yaxşı əlaqələrinin olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu yaxınlarda YAP-ın təşkilatçılığı ilə gənc rəssamların sərgisi təşkil olundu. Bu sərgi böyük maraqla qarşılandı, gənc rəssamların təbliğatı baxımından uğurlu oldu. Birgə əməkdaşlıq fəaliyyətinin əhatəsini daha da genişləndirmək mümkündür. Baş nazirin müavini deyib ki, uzun illər davam edən bu əməkdaşlığın yeni bir mərhələyə çatdırılmasına xüsusi ehtiyac var. O deyib ki, birgə fəaliyyət planında bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur: Bu layihələr sırasına mədəni, tarixi dəyərlərimizin qorunması təbliği, dövlətçilik ənənələrinin gücləndirilməsi, mədəniyyət incilərinin tanıdılması, partiya üzvlərinin, o cümlədən gənclərin muzeylərə, sərgilərə, teatrlara gedişinin təmin olunması, nüfuzlu mədəniyyət xadimləri ilə görüşlərin təşkil olunması s. daxildir. Siyasətlə məşğul olan insanlar mədəniyyətə, incəsənətə ədəbiyyata biganə deyillər”.

YAP Sədrinin müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Eləcə Heydər Əliyev Fondu tərəfindən mədəni irsimizin təbliğ olunması istiqamətində mühüm layihələr reallaşdırılır. Yeni Azərbaycan Partiyası Mədəniyyət Nazirliyinin birgə layihələri bu fəaliyyətə töhfə verəcək”.

2019-cu ilin Prezident İlham Əliyevin Sərəncamı iləNəsimi ilielan olunduğunu xatırladan Əli Əhmədov bu çərçivədə tədbirlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. “Birgə fəaliyyətimizin cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcəyinə inanıram. Bu tədbir çox gözəl gələcəyi olan ənənənin qoyulmasına həsr edilib. Biz bu ənənəni davam etdirəcəyik qarşılıqlı əməkdaşlıqdan qarşılıqlı faydalar əldə edə biləcəyik”, - deyə YAP Sədrinin müavini söyləyib.

Təcrübəmizdə ilk dəfədir ki, mədəniyyət sahəsində aparılacaq fəaliyyəti ölkənin aparıcı ideoloji qüvvəsi olan Yeni Azərbaycan Partiyası ilə birlikdə reallaşdıracağıq. Bu birgə fəaliyyət insanların mənəvi yüksəlişinə xidmət edəcək bir layihədir”. Bu fikirləri isə mədəniyyət naziri Əbülfəs Qarayev çıxışı zamanı deyib. Ə.Qarayev bildirib ki, Mədəniyyət Nazirliyi indiyə qədər partiyanın yerli strukturları ilə müxtəlif tədbirlər keçirib. İndi isə ölkə miqyasında bu fəaliyyət davam olunacaq. Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışan nazir deyib ki, Azərbaycan xalqının ən çətin məqamında, ölkə tənəzzül edərkən Heydər Əliyev hakimiyyətə qayıdaraq dövlətimizi bütün təhlükələrdən xilas etdi: “Bu prosesdə Ulu Öndərin Öz ətrafına topladığı etibarlı insanların böyük əksəriyyəti YAP üzvləri idi. Qısa müddət ərzində böyük şəxsiyyət ölkəni tənəzzüldən xilas etməyə nail oldu. Hazırda isə ölkəmiz inkişaf edir, yeni çağırışlar yaranır, Azərbaycan tamamilə yeni şəraitdə yaşayır. Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf yoluna çıxarıb”.

Ə.Qarayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir. Onun sözlərinə görə, ölkəmiz üçün ən mühüm ideoloji amil mənəvi zənginlikdir: “Odur ki, birgə fəaliyyət planında müxtəlif layihələr reallaşacaq. Bilirsiniz ki, hər bir regionda Heydər Əliyev Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər yeni nəslin, gənclərin Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası çərçivəsində yetişməsində böyük bir vasitədir. Biz Mədəniyyət Nazirliyi çərçivəsində bu işi qurmağa çalışırıq. Lakin hesab edirəm ki, YAP-ın imkanları da bu prosesdə fəal iştirak etmək, yeni layihələr gündəmə gətirmək, böyük şəxsiyyət Heydər Əliyevin canlı obrazını gənc nəslə təqdim etmək baxımından böyük rol oynaya bilər. Bu baxımdan, partiyanın yerli strukturlarını bu prosesdə iştirak etməyə dəvət edirəm”.

Nazir deyib ki, dövlət başçısının tapşırığı əsasında Mədəniyyət Nazirliyinin struktur idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər görülür. O hesab edir ki, bəzən müasir tələblərə cavab verməyən strukturlardansa, Heydər Əliyev Mərkəzləri Gənclər evlərinin imkanlarından daha çox istifadə olunmalıdır.

Ə.Qarayev vurğulayıb ki, Azərbaycan xalqının tarixini, keçdiyi yolu, mübarizə qüdrətini gənclərimizə təbliğ etməklə yanaşı, çağdaş tariximizi dərindən öyrətməliyik: “Prezident İlham Əliyev siyasəti cəmiyyətimizə yeni baxışlarla təbliğ olunmalıdır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən reallaşdırılan, dünya miqyasında təşkil olunan böyük mədəniyyət layihələrinin ölkəmizin beynəlxalq miqyasda tanınmasında çox mühüm rolu var”.

Nazir bütövlükdə hər iki təşkilatın birgə əməkdaşlığının faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra Mədəniyyət Nazirliyində YAP ərazi ilk partiya təşkilatının sədri Vüqar Məmmədov birgə fəaliyyət planı ilə bağlı təqdimatla çıxış edib. V.Məmmədov bildirib ki, bu planı fərqləndirən əsas cəhət Mədəniyyət Nazirliyi tərəfindən 5000-dən çox müəssisə 60 min nəfərdən çox mədəniyyət işçisinin, habelə Yeni Azərbaycan Partiyası tərəfindən 80-dən çox rayon (şəhər) təşkilatı 700 min nəfərdən çox üzvün birgə təşkilatçılığı ilə daha geniş üfüqlərə çatmağı hədəfləməsidir. Onun sözlərinə görə, fəaliyyət planına zəngin irsimizlə tanışlıq, Heydər Əliyev Mərkəzlərinə, bayraq muzeylərinə ekskursiyalar, tarixi əlamətdar günlərin qeyd olunması, şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, sərgilərin, konsertlərin, müsabiqələrin təşkil olunması, vətənpərvərlik mövzusunda filmlərin nümayişi, “Azərbaycanın beş qədim salnaməsi paytaxtlarıadlı mədəni marşrutun təbliği digər tədbirlər daxildir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 21 may.- S.4.