Bakıda “Gənclər
təşkilatları Dayanıqlı
İnkişaf Məqsədləri
naminə” mövzusunda
konfrans keçirilib
Mayın 18-də ADA Universitetində Azərbaycan
Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının (GTMŞ) təşəbbüsü ilə
“Gənclər təşkilatları
Dayanıqlı İnkişaf
Məqsədləri naminə”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, GTMŞ-in Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı
layihənin məqsədi
BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nə
və 17 Dayanıqlı
İnkişaf Məqsədinə
(DİM) nail olunması
yönündə görülən
işlərə töhfə
vermək, gənclər təşkilatları
nümayəndələrinin DİM haqqında biliklərini artırmaq, gənclər təşkilatlarının bu
istiqamətdəki fəaliyyətinin
planlaşdırılmasıdır.
Şuranın sədri Məryəm
Məcidova konfransda çıxış edərək
daha yaxşı gələcək üçün
yoxsulluğu aradan qaldırmaq, bərabərsizliklərə
qarşı tədbirlər
görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərin
səfərbər olunmasının və cəmiyyətin həmrəylik
nümayiş etdirməsinin
vacibliyini vurğulayıb.
M.Məcidova bu baxımdan #heçkəskənardaqalmasın
həştəqi ilə
sosial şəbəkələrdə
geniş məlumatlandırma
işinin aparıldığını
vurğulayıb. Qurumun
sədri deyib ki, Bakıda və regionlardakı müxtəlif gənclər
təşkilatlarında, Gənclər
evlərində fəaliyyət
göstərən fəal
və təşəbbüskar
gənclər bu işə mühüm töhfə verirlər. Layihənin davamlılığının
təmin edilməsi məqsədilə gənclər
təşkilatlarının nümayəndələrinin iştirakı
ilə təlimlər
keçiriləcək.
BMT-nin İnkişaf
Proqramının DİM üzrə
eksperti Delavar Barekzai “Dayanıqlı gələcəyin üçün
fikrini bildir!” mövzusunda keçirilən
onlayn sorğunun nəticələrini elan edib.
Sonra “Dayanıqlı
İnkişaf Məqsədlərinə
sən də qoşul!” adlı videoçarxın təqdimatı
olub.
Konfransda Baş nazirin
müavini, Azərbaycan
Respublikasının Dayanıqlı
İnkişaf üzrə
Milli Əlaqələndirmə
Şurasının sədri
Əli Əhmədov gənclər təşkilatlarının
qlobal layihələrdən
olan Dayanıqlı İnkişaf Məqsədləri
ilə əlaqədar
səylərini birləşdirməsindən
məmnunluğunu
ifadə edib. Baş nazirin müavini deyib ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı
olaraq, 2015-ci ildə
BMT-nin 17 Dayanıqlı
İnkişaf Məqsədi
və 169 hədəfi
özündə birləşdirən
yeni qlobal Dayanıqlı İnkişaf
Məqsədlərinə qoşulub.
Prezident İlham Əliyevin
2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı
İnkişaf üzrə
Milli Əlaqələndirmə
Şurasının yaradılması
ölkəmizlə BMT arasında
əməkdaşlığın inkişafında növbəti
əhəmiyyətli addımdır.
Azərbaycan Hökuməti
BMT-nin nümayəndəliyi
ilə bu sahədə səmərəli
əməkdaşlıq edir
və DİM-ə nail
olmaq üçün
gənclərimizin potensialından
istifadə edərək
bu prosesə dəyərli töhfələr
verir.
Əli Əhmədov
diqqətə çatdırıb
ki, Azərbaycan Hökuməti DİM-in həyata keçirilməsində
üzərinə düşən
bütün vəzifələri
lazımi səviyyədə
yerinə yetirir. Azərbaycan əhalisinin
45 faizi 30 yaşadək
olan insanlardır. Gənclərimizin qlobal layihənin həyata keçirilməsində iştirakı
onların Azərbaycanın
inkişafına töhfə
verməkdən kənarda
qalmadıqlarını göstərir.
Azərbaycanın sürətli
yüksəlişi, inamlı
gələcəyi gənclərimizin
bu proseslərə yaxından iştirakını
şərtləndirir. Onların
sosial-iqtisadi tərəqqidə
yaxından iştirakı
isə ümumi inkişafa əlavə töhfə verir.
“Dünya əhalisinin
artımı köç
problemini də aktual edir. Azərbaycan da bu problemdən əziyyət çəkir.
Çünki əhalimizin 1 milyondan
çoxu Ermənistanın
hərbi təcavüzü
nəticəsində öz
ölkəsində qaçqın
və məcburi köçkün vəziyyətinə
düşüb. Bu problemlərin
həlli bəşəriyyətin,
dövlətlərin qarşısında
duran vacib vəzifələrdir”, - deyə
Əli Əhmədov vurğulayıb.
Konfransda
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən
biri də gender bərabərliyidir. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanda qadınların cəmiyyətdə
xüsusi yer tutması, dövlətin inkişafında yaxından
iştirakı diqqət
mərkəzində saxlanılır.
Çünki əhalimizin yarısını
qadınlar təşkil
edir. Əsas məqsədlərdən biri qadınların rəhbər vəzifəyə
seçilməsinə inamı
artırmaqdır. Azərbaycanda təhsil, mədəniyyət
və səhiyyə sahəsində çalışanların
çoxu qadınlardır.
Beynəlxalq təşkilatların
araşdırmalarına görə,
Azərbaycanda gender bərabərliyinin
təmin olunmasında
ciddi irəliləyişlər
əldə edilib. Bu o deməkdir ki,
Azərbaycan cəmiyyəti
gender bərabərliyi anlayışını
çox yaxşı dərk edir. Bu istiqamətdə maarifləndirmə işi
daha da gücləndirilməlidir.
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev qeyd edib
ki, son vaxtlar Azərbaycanda qəbul olunan Dövlət Proqramlarında DİM də
əksini tapıb. Biz bu hədəflərə nail olmağa
çalışırıq. Bu illər ərzində
ölkəmizdə DİM-in təbliği istiqamətində
əhəmiyyətli işlər
görülüb.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini
icra edən Alessandro Frakassetti, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə,
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqının sədri
Faiq Məmmədov və başqaları çıxış edərək
DİM-in ölkəmizdə və dünyada inklüziv, dayanıqlı
və möhkəm əsaslı gələcək
qurmaq üçün
birgə razılaşdırılmış
səylər göstərmək
üçün ciddi
çağırış olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə
gənclərimiz keyfiyyətli
təhsil, ekoloji, sosial layihələr və digər məqsədlər üzərində
çalışırlar. Bu sahədə gənclərin
maarifləndirilməsi böyük
əhəmiyyət kəsb
edir.
Konfrans üç
moduldan ibarət olub. Birinci hissə Dayanıqlı
İnkişaf Məqsədləri
haqqında iştirakçıların
məlumatlılıq səviyyəsinin
artırılması və
9 min gəncin qatıldığı
sorğunun nəticələrinin
təqdimatına həsr
edilib. BMT-nin
“2030-cu il İnkişaf
Gündəliyi”nin həyata keçirilməsinə
gənclərin daha çox cəlb edilməsi üçün
atılan addımlardan
ibarət olan bu hissə yaxşı
səhiyyə və rifah, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım məqsədlərini əhatə
edib. İkinci hissədə DİM-ə çatmaq üçün
gənclər təşkilatlarının
fəaliyyət planlaması,
üçüncü hissədə
isə yerli və beynəlxalq təlimçilər və
spikerlərin, mütəxəssislərin
çıxışı təşkil
edilib.
Sonda Dayanıqlı
İnkişaf Məqsədlərinin
milliləşdirilməsi haqqında
təqdimat olub.
Yeni azərbaycan.-
2019.- 21 may.- S.3