AzMİU-da İtaliya-Azərbaycan
Dizayn Mərkəzinin
açılışı olub
Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
İtaliya-Azərbaycan Dizayn
Mərkəzinin açılış
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov,
İtaliyanın Bakıdakı
səfiri Auqusto Massarini, Milan Politexnik Universitetinin dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Françesko Zurlo, professor Mauro Secenello, dosent Silvia Qrameqna iştirak ediblər.
Memarlıq və İnşaat
Universitetinin rektoru, professor Gülçöhrə
Məmmədova ötən
ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq
sənədlərinin, o cümlədən
AzMİU ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb.
Rektor qeyd edib ki, həmin
sənəddən irəli
gələn məsələlərdən
biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan
Dizayn Mərkəzinin
yaradılması təşəbbüsü
olub.
Professor Gülçöhrə Məmmədova mərkəzi
yaratmaqda məqsədin
ölkəmizdə dizayn
ixtisası üzrə
təhsil alan savadlı, bacarıqlı
mütəxəssislər yetişdirmək,
dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə
yüksəlməsinə çalışmaq
olduğunu vurğulayıb.
Rektor AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün
təhsil proqramlarını
da italyanların proqramına uyğunlaşdırmağın
vacibliyini və bu istiqamətdə müəyyən işlər
görüldüyünü bildirib.
Gülçöhrə Məmmədova bu il ilk dəfə
olaraq dizayn ixtisası üzrə ingilisdilli tədrisin aparıldığını, bununla
da ilkin addımlar atıldığını
söyləyib.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. İtaliya-Azərbaycan
Dizayn Mərkəzinin
açılmasının təhsilə
töhfə verəcəyini
qeyd edən nazir bu münasibətlə
AzMİU-nun kollektivini
təbrik edib, uğurlar arzulayıb.
İtaliyanın Bakıdakı səfiri Auqusto Massarini öz ölkəsi ilə Azərbaycan arasında təhsil əlaqələrinin əhəmiyyətindən
bəhs edib. Səfir yeni mərkəzin dizayn ixtisasında təhsil alan tələbələrin
mütəxəssis kimi
yetişməsində mühüm
rolu olacağına əminliyini vurğulayıb.
Digər çıxış
edənlər də mərkəzin təşkil
olunmasını yüksək
qiymətləndiriblər.
Sonra tədbir
iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan
müəllimlərin rəhbərliyi
altında keçirilən
vorkşopda hazırladığı
layihələrin təqdimatına
baxıblar.
İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli
Prototipləşdirmə Laboratoriyası,
Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.
Yeni Azərbaycan.-
2019.- 21 may.- S.6