Radikalların heç bir niyyəti baş tutmayacaq
Milli Məclisin deputatı Elman
Nəsirov www.yap.org.az saytına
müsahibə verib:
- Elman müəllim, hazırda aktual mövzulardan biri xaricdə yaşayan bəzi azərbaycanlıların müəyyən
etiraflar etməsi, ölkəmizə qarşı
radikal mövqedən geri çəkilməsidir.
Sizcə,
onlar davranışlarında
nə qədər səmimidirlər?
- Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların davranışları
çoxlu suallar doğurur. Onlar bəzən həddindən
artıq radikal mövqe seçirlər.
Və heç bir halda özlərini müxalifət kimi aparmırlar. Ulu Öndər
Heydər Əliyevin dediyi kimi, hakimiyyətə
qarşı müxalifət
olmaq olar. Lakin öz dövlətinə və xalqına qarşı müxalifətdə
dayanmaq olmaz. Həm də özünü müxalifətçi kimi
təqdim edib söyüş söymək,
insanları təhqir etmək, şərəf və ləyaqətini təhqir etmək yolverilməzdir. Bu cür davranışlar milli mentalitetimizə də ziddir.
Düşünürəm ki, mühacir həyatı yaşayan azərbaycanlılar obyektiv
mövqe ortaya qoymalıdır. Onlar hansısa məsələ
ilə bağlı sağlam tənqid edib öz təkliflərini
verə bilərlər.
Amma Azərbaycan həqiqətlərini
təhrif etmək, Avropa ictimai fikrində Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq, ölkəmizin qazandığı
uğurlardan kədərlənmək
qəbuledilməzdir.
Təbii ki, bu məsələdə
müəyyən müsbət
tendensiyalar var. Xaricdəki
radikal mövqedə dayanan bəzi azərbaycanlıların davranışında
obyektivliyə yaxın
mövqe yaranması diqqətdən yayınmır. Amma istərdik
ki, bu, küll
halında olsun, manevr xarakteri daşımasın, onların
da Vətəni olan Azərbaycana sevgilərini,
diqqətlərini ifadə
edən mövqe olsun. Bir çox hallarda
görürük ki, onların davranışları
ermənilərin dəyirmanına
su tökmək anlamı verir. Bir çox hallarda ermənilərdən daha çox erməni olmaq tendensiyasi müşahidə olunur ki, bu da qəbuledilməzdir.
Amma bir daha vurğulayıram
ki, müəyyən pozitiv davranışlar
var. Çox istəyərdik
ki, bu tendensiya
olaraq qalmasın.
- Sizcə, bu fəaliyyət Azərbaycanın
beynəlxalq nüfuzuna
zərər vura bilirmi?
- Bilirsiniz ki, bir müddət öncə Azərbaycan Prezidentinin Belçikaya işgüzar səfəri
oldu. Prezident İlham Əliyevin
Belçikaya səfəri
mühüm əhəmiyyət
kəsb edir. Avropa İttifaqının Şərq
Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə
ilə reallaşan səfər zamanı dövlətimizin başçısı
vacib görüşlər
keçirib. Lakin bəzi
müxalif qüvvələr
ölkəmizin Şərq
tərəfdaşlığından imtina etməsinə dair yanlış məlumatlar yaydılar.
Təbii
ki, əsas məqsəd hər zamankı kimi ölkədə ictimai rəyi çaşdırmaq
idi. Amma radikal müxalifətin
heç bir niyyəti baş tutmayacaq.
Brüssel səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti
Donald Tusk dövlətimizin başçısı ilə
görüşdə Azərbaycanın
Avropa enerji təhlükəsizliyi üçün
çox böyük önəm kəsb etdiyini qeyd etdi. Ölkə başçısı
da Aİ ilə hərtərəfli
əməkdaşlığın genişlənməsində maraqlı
olduğunu bildirdi.
Ölkəmizin Aİ ilə enerji
təhlükəsizliyi sahəsində
çox ciddi əməkdaşlığı formalaşıb. 2020-ci ildə Cənub Qaz Dəhlizi işə düşəcək
ki, bu da Avropanın meqalayihəsi olaraq Azərbaycan-Aİ münasibətlərinin yeni
müstəviyə keçməsinə
imkan yaradacaq. Səfər çərçivəsində
Donald Tusk iştirakçı dövlətlərin liderlərinin
şərəfinə axşam
ziyafəti verdi.
Həmin
ziyafətdə də
o, Azərbaycanın ölkə
başçısından yanında
əyləşməyi xahiş
etdi. Bunun özü bizim
münasibətlərimizin hansı
səviyyədə olduğunu
və cənab Prezidentimizə göstərilən
diqqətin ifadəsidir.
Ümumiyyətlə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Bu gün ölkəmizdə
55 siyasi partiya mövcuddur. Belə olan
halda mətbuat və söz azadlığı üzərində
hansı qadağalardan
söhbət gedə bilər? Radikal müxalifətin, eləcə də xaricdə yaşayan bəzi azərbaycanlıların
ölkəmiz haqqında
mənfi rəy formalaşdırmaq istəyi
iflasa məhkumdur.
Azərbaycanda hər zaman sərbəst toplaşma azadlığı var. Amma
nəzərə alınmalıdır
ki, demokratiya anarxiya, xaos deyil. Qanunlar işləməyən yerdə demokratiya yoxdur. Azərbaycan hüquqi dövlətdir,
ölkəmizdə həm
sərbəst toplaşma,
həm də digər demokratik azadlıqlar təmin edilib. Bu məsələdə
Azərbaycan bir çox dünya ölkələri üçün
nümunədir. Avropada mitinqlərin
dağıdılması üçün
atlardan, itlərdən
istifadə edildi.
Fransanın özündə “sarı jiletlilər” hərəkatını
dağıtmaq üçün
polisin necə güc tətbiq etdiyi gözümüzün
qarşısındadır. Hesab edirəm ki, radikal müxalifətin
bu yanaşmalarının
və canfəşanlığı”nın heç bir əsası yoxdur. Onların heç bir
istəkləri baş
tutmayacaq. Azərbaycan xalqı
bu qüvvələrin
əsas niyyətini çox gözəl bilir.
Mövcud reallıqlar fonunda xaricdə yaşayan azərbaycanlılar Vətən
sevgisindən irəli
gələrək dövlətin
mənafeyinə xidmət
edən addımlar atmalıdır. Onlarda milli təəssübkeşlik
olmalıdır. Azərbaycana qarşı yalnız ermənilər çirkin
niyyətli addımlar
ata bilərlər.
Amma belə hərəkətlərdən
birini Orduxan kimilər etdi. Onlar Brüsseldə elə davranış ortaya qoydular ki, bizim
dəyərlərimizə tamamilə
ziddir. Amma belələri azlıqdadır.
Xaricdə yaşayan azərbaycanlıların
mütləq əksəriyyəti
vətənpərvərdir, diasporumuz ölkəmizin təəssübünü çəkir,
uğurlarımıza sevinir
və paylaşırlar.
Radikallara gəlincə, biz onları
ağıla, sağlam
məntiqə dəvət
edirik. Arzu edirik ki, onlar bir gün
papaqlarını qarşılarına
qoyub düşünsünlər
ki, qərib ölkədə vətən
həsrəti, vətən
sevgisi daha böyük olur. Azərbaycan həm də onların Vətənidir.
Müxalifət kimi mövcud
olub iqtidarı tənqid etmək olar. Amma heç zaman
Azərbaycan dövlətinə
və xalqına qarşı yalanlar söyləmək olmaz.
- Dünyada baş verən mürəkkəb,
ziddiyyətli proseslər
ölkəmizdə milli
həmrəyliyin daha
da gücləndirilməsini nə dərəcədə
zəruri edir?
- Heç şübhəsiz
ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə
olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir.
Mühacirlərin bir qismi doğrudanmı düşünmürlər
ki, mürəkkəb
bir dünyada yaşayırıq. Rusiyanın xarici
işlər naziri
Sergey Lavrov belə bir fikir söyləmişdi
ki, dünya dəli olub. Və dəli olmuş bir dünyada kiçik dövlət olasan və böyük enerji potensialın ola və
bu vəziyyətdə
müxtəlif dövlətlərin
maraqlarının cəmləşdiyi
regionda yerləşəsən.
Belə bir şəraitdə elə müdrik siyasət həyata keçirəsən ki, müxtəlif güc mərkəzləri ilə
bərabər məsafədə
dayanmağı bacarasan.
Bu yalnız Ulu
Öndər Heydər
Əliyev tərəfindən
müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində baş
verib. Bu bütün uğurlarımızı
şərtləndirən əsas
amildir.
Radikallar baxsınlar ki, regionda nə qədər mürəkkəb
proseslər baş verir. Belə bir vəziyyətdə
sabit Azərbaycan var. Onlar xaricdə yaşasalar da, ailələri,
qohumları burda yaşayırlar. Yaşadığımız ölkədə əmin-amanlıq, sabitlik var və bu
amillərin təminatçıları
var. Təminatçı xalq
və onun seçdiyi dövlət başçısı var. Bunu
görməyənlər gərək
kor olsun.
Onlara müraciətlə
deyirəm ki, ağıla üstünlük
verin, vicdan hissini itirməyin. Müqayisələr apararaq görün ki, Azərbaycan vətəndaş müharibəsindən
vətəndaş həmrəyliyinə
və səfərbər
olmuş cəmiyyətə
gəlmiş bir dövlətdir. Bu
adamlar milli təəssübkeşliyi heç
zaman unutmamalıdırlar.
Yeni Azərbaycan.-
2019.- 23 may.- S.5