Azərbaycanın bölgələrində yeni
xalçaçılıq müəssisələri yaradılır
Azərbaycanda
xalça sənətinin qorunması və inkişaf etdirilməsi
proqramı təsdiq edilib. 2018-2022-ci illəri
əhatə edən dövlət proqramında
nəzərdə tutulan
tədbirləri əlaqələndirmək
İqtisadiyyat Nazirliyinə
həvalə olunub.
Prezident İlham Əliyevin
28 fevral sərəncamı
ilə rəsmiləşən
dövlət proqramının
vəzifələri belə
müəyyən olunub:
xalçaçılığın xammal təminatının
yaradılması; xalçaçılığın
infrastruktur təminatının
yaxşılaşdırılması;
yeni iş yerləri yaradılmasının dəstəklənməsi;
xalçaçılıq sahəsində, o cümlədən
yun emalı, yun və ipək
ipliklərin hazırlanması,
boyaq bitkilərinin emalı və boyaq maddələrinin istehsalı üzrə ixtisaslı kadr hazırlığının həyata
keçirilməsi; regionların xalçaçılıq potensialının
gücləndirilməsi; “Azerbaijan
carpet” (“Azərbaycan xalçası”) ölkə
brendinin yaradılması,
tanıdılması və
inkişaf etdirilməsi;
xalçaçılığın rəqabət qabiliyyətinin
artırılması; xalçaçılığın
ixrac potensialının
artırılması; sənaye üsulu ilə xalça istehsalı ənənəsinin
bərpa edilməsi və inkişafı; ali məktəblərdə
dövlət sifarişi
ilə tələbə
qəbulu planında nəzərdə tutulmuş
mövcud say çərçivəsində və ödənişli təhsil hesabına “xalça sənayesi” və “xalça biznesi” ixtisaslarının
tədrisi; Azərbaycanın
tarixi xalçaçılıq
mərkəzlərinə xas
olan qədim çeşnilərin bərpa
edilməsi, istehsalatda
tətbiqi, yeni çeşnilərin hazırlanması
və bu çeşnilər əsasında
xalçaların toxunması.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin sədri Vidadi Muradov Modern.az-a deyib ki, prezidentin təsdiq etdiyi proqram Azərbaycan dövlətinin xalçaçılıq
istiqamətində strategiyasını
əks etdirir:
“Dövlət proqramında bu sahədə həllini gözləyən bütün
problemlər qeyd edilib. Bu proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni bir inkişaf
dövrü başlayır. Düzdür, bundan əvvəl “Azərxalça”
Açıq Səhimdar
Cəmiyyəti yaranmışdı
və bölgələrdə
də ofislərimiz var idi. Bizdən
sonra da bu sahə istiqamətində
görülən işlər
daha da genişlənəcək.
Bu gün
xalçaçılıq sahəsində görülən
işlərin deyərdim
ki, dünyada analoqu yoxdur. Faktlar göz qabağındadır. Müasir
dünya xalçaçılığında
“Made in Azerbaijan” brendi yaradılıb.
Respublika daxilində
ən mühüm sənaye üsulu ilə istehsal olunan xalçaların bazasının yaradılmasına
başlanılıb”.
V.Muradov qeyd
edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunda xalçaçılıq elm
kimi öyrədilir:
“Mən də
akademiyadakı xalçaçılıq
şöbəsinin rəhbəriyəm. Digər tərəfdən bu sahənin inkişafı ilə əlaqədar ali təhsil müəssisələrində, peşə məktəblərində
yeni ixtisaslar hazırlanacaq. Bu peşənin öyrədilməsi
artıq geniş miqyas alır. Dünya muzeylərində saxlanılan
, ölkəmizdə olmayan Azərbaycan xalçaları
nümunələrinin alınıb bura gətirilməsi nəzərdə tutulub. Bu proses həm
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, həm də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
reallaşdırılacaq”.
Müsahibimiz bildirib ki, xalçaçılıqla
bağlı yerlərdə
və rayonlarda tədris hazırlıq kursları yaradılıb:
“Dərslər böyük iş təcrübəsinə malik
peşəkar xalçaçılar
tərəfindən aparılır.
Tədris-hazırlıq kursları
hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda, xalçaçılıq
sənətinə dair
müvafiq ədəbiyyatlarla,
dərsliklərlə təmin
edilib.
Azərbaycanın müxtəlif bölgələrində
- Qubada, Gəncədə,
Şirvanda, Qarabağda,
Qazaxda istehsal olunan xalçalarımız
artıq brenddir. Lakin xalçaçılıq artıq
kompleks şəkildə
araşdırılır. Biz
proqramın qarşımıza qoyduğu bütün tələbləri
əməl etməyə
çalışacağıq”.
Yeni
Azərbaycan.- 2019.- 25 may.- S.7