Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.
AZƏRTAC xəbər verir ki, Leyla
Əliyeva burada müalicə alan uşaqlarla görüşüb,
onlarla söhbət edib.
Tibbi heyətlə
görüşən Leyla
Əliyeva uşaqların
müalicəsinin gedişi
və müəssisədə
yaradılmış şəraitlə
tanış olub.
Qeyd edək
ki, institut hazırda üç hissədən ibarətdir:
klinika, Mərkəzi Qan Bankı və elm bölməsi.
Klinikanın tərkibinə
böyüklər üçün
iki hematoloji şöbə, uşaq hematologiyası, reanimasiya və intensiv terapiya, konsultativ poliklinika, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası
şöbələri daxildir.
2017-ci ildə Dövlət Proqramı çərçivəsində institutda yeni immunohistoloji müayinələrin
aparılması üçün
laboratoriya da yaradılıb. Burada immunohistokimyəvi müayinələrin
köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam
diferensial diaqnostikası,
hədəf terapiyanın
monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədilə
xəstələrin digər
ölkələrə getməsinə
ehtiyac qalmır.
Yeni Azərbaycan.-2019.-
25 may.- S.4.