Şəhər ekologiyasılayihəsi uğurla davam edir

 

Mayın 24-də IDEA İctimai BirliyininŞəhər ekologiyasılayihəsi çərçivəsində ADA Universitetinin kampusunda mövcud olan yaşıllıq sahəsinə sincablar buraxılıb. “Şəhər ekologiyasılayihəsi şəhər mühitinə xas olan keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına qaytarılmasına yönəlib.

Sincablar üçün əlverişli yaşam şəraitinin olduğu kampus ərazisinə ilkin olaraq 25 sincab buraxılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların şam ağaclarının çoxluq təşkil etdiyi yeni Zooloji Parkın ərazisinə Dədə Qorqud Parkına keçərək təbii şəkildə çoxalmasıdır.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanılması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda fəaliyyəti küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi yaradılıb, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur, IDEA quş yuvaları asılır digər bir sıra işlər aparılır. “Şəhər ekologiyasılayihəsi Bakı onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan quş növləri ilə zənginləşdirilməsi, eləcə bu növlərin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngin yaradılmasından, daha sıx daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.

Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab tutuquşular məskunlaşıb onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma abadlaşdırma işləri, xüsusən IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb. Layihə çərçivəsində kampusun ərazisinə buraxılan sincabların şam ağaclarının çoxluq təşkil etdiyi Dədə Qorqud Parkına yeni Zooloji Parkın ərazisinə keçərək təbii şəkildə çoxalacaq.

IDEA İctimai Birliyi hər kəsi şəhər mühitində yaşaya bilən fauna növlərimizin sayını bərpa etmək prosesinə dəstək verməyə, heyvanlara qarşı qayğıkeş olmağa, onlara yeni yaşam mühitinə adaptasiya dövründə həssaslıqla yanaşmağa çağırır.

 

Yeni Azərbaycan.- 2019.- 25 may.- S.4