“Pekin Ekspo 2019” Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi
ilə Azərbaycan milli günü keçirilib
Çin Xalq
Respublikasının paytaxtında
keçirilən “Pekin
Ekspo 2019” Botanika Sərgisi çərçivəsində
Heydər Əliyev Mərkəzinin dəstəyi
ilə Azərbaycan milli günü keçirilib.
AZƏRTAC xəbər
verir ki, sərginin iştirakçıları
olan ölkələrin
təmsilçilərinin, diplomatların,
Pekin ictimaiyyətinin nümayəndələrinin qatıldıqları
tədbirdə çıxış
edən Azərbaycanın
Çindəki səfiri
Əkrəm Zeynallı
belə bir beynəlxalq tədbirin Çində təşkil
edilməsinin və Azərbaycanın Çin ilə əlaqələrə verdiyi
önəmin göstəricisi
kimi, bu sərgidə öz milli pavilyonu ilə iştirak etməsinin çox əlamətdar olduğunu
deyib. O, hazırda
Azərbaycanda təbiətin
və ətraf mühitin mühafizəsi,
yaşıllıqların, qoruqların və meşə massivlərinin
salınması, flora və faunanın qorunması istiqamətində
geniş fəaliyyətin
həyata keçirildiyini,
bu işlərin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.
Qeyd olunub
ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi
və rəhbəri olduğu IDEA İctimai Birliyi də ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı
layihələr həyata
keçirir.
“Pekin Ekspo 2019” Botanika Sərgisi baş komissarının müavini
Can İnçao Çinin Avrasiyanın mərkəzində, mühüm
nəqliyyat və ticarət yollarının
üzərində yerləşən
Azərbaycan ilə hələ tarixi İpək Yolu dövründən dostluq münasibətlərinin yarandığını
bildirib. O, sərginin dünya ictimaiyyətinin diqqətini
ətraf mühitin mühafizəsinə, təbiətin
qorunmasına yönəltmək
məqsədi daşıdığını
vurğulayaraq, Azərbaycanın
da bu sərgidə
iştirakının ölkəmizin
bu sahədə qazandığı uğurların
nümayişi ilə
yanaşı, xalqımızın zəngin mədəni irisinin tanıdılması baxımından
böyük əhəmiyyət
kəsb etdiyini deyib.
Bir aydır davam
edən sərginin ən maraqlı pavilyonlarından birinin məhz Azərbaycana aid olduğunu qeyd edən Can İnçao Azərbaycanın bu sərgidə iştirakının
ölkələrimiz və
xalqlarımız arasında
dostluğun möhkəmlənməsinə
də töhfələr
verdiyini vurğulayıb.
Sonra Azərbaycandan
dəvət olunan incəsənət ustalarının
çıxışları olub. Milli musiqimiz,
muğamlarımız, xalq
mahnıları, rəqslərimiz,
eləcə də Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi
Çin xalq musiqisi Azərbaycan milli gününə toplaşanların marağına
və alqışlarına
səbəb olub.
Qeyd edək
ki, “Təbiəti qoruyaq, daha yaxşı
yaşayaq” mövzusunda
keçirilən botanika
sərgisində Azərbaycan
milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
dəstəyi ilə hazırlanıb. “Azərbaycan:
təbiət və incəsənətin harmoniyası”
adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin
öz tarix və ənənələrinə
sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini
nümayiş etdirir. Azərbaycan xalçalarının
timsalında incəsənət
və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır,
ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb
və buna uyğun bitki çeşidləri əkilib.
Burada, həmçinin
Azərbaycan təbiətinə
xas olan ağac və çiçəklər təqdim
edilir.
“Təbiəti qoruyaq, daha yaxşı
yaşayaq” mövzusunda
keçirilən “Pekin
Ekspo 2019” sərgisi
503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgini 16 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.
Yeni Azərbaycan.-
2019.- 28 may.- S.11