Azərbaycanın 7 möcüzəsiteleviziya layihəsinə start verilib

 

Mayın 28-də İçərişəhərdə IDEA İctimai Birliyi Nature and History Production”ın birgə dəstəyi ilə start verilənAzərbaycanın 7 möcüzəsiadlı yeni televiziya layihəsinin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk olanAzərbaycanın 7 möcüzəsilayihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni təbii obyektlərin tanıdılmasına, qorunmasına bərpa edilməsinə diqqət yönəltməkdir.

HəmçininAzərbaycanın 7 möcüzəsilayihəsi ölkə daxilində xaricində Azərbaycanın tarixi, mədəni təbii incilərini tanıtmaqla yerli xarici turizmin, eləcə həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, tanınmış mədəniyyət incəsənət ustalarının, eləcə digər peşə sahiblərinin qonaq olduğu tədbir çox maraqlı anlarla yadda qalıb. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini əks etdirən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər xüsusi diqqət çəkib. Bunlardan əlavə, məkanın interyerində hazırlanan qala maketi üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hisslərə bürüyüb, keçmişə kökləyib.

Tədbirdə çıxış edənNature and History Production”ın rəhbəri Hikmət Nağdəliyev, ekologiya təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşüblər.

Təqdimatın sonunda “www.yeddi.az” saytındaAzərbaycanın 7 möcüzəsilayihəsinin səsverməsinə start verilib.

Tədbirə dəvət olunan qonaqlar daha sonra qədim musiqi alətlərindən ibarət ansamblın çıxışlarını dinləyiblər.

 

Yeni Azərbaycan.- 2019.- 30 may.- S.6