Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur

 

Xarici ölkələrdə Azərbaycan əleyhinə istifadə edilən insanların sözünü heç ailəsində eşidən yoxdur.

Bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar MuradovaTrendİnformasiya AgentliyininSahil Kərimli ilə müsahibə zamanımüəllif layihəsində deyib.

B.Muradova bildirib ki, Azərbaycan artıq üçüncü on ildir ki, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə qorunub saxlandığı bir ölkədir: “Azərbaycan dünyada geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir. Buradan regional beynəlxalq əhəmiyyətli nəqliyyat xətləri keçir. Azərbaycanın çox zəngin coğrafi-iqtisadi resursları var. Ölkəmiz müstəqilliyin ilk illərindən daim digər dövlətlərin, o cümlədən beynəlxalq qurumların diqqətində olub hər kəs burada müəyyən təsir dairəsinə malik olmaq istəyib. Azərbaycan bu maraqların kəsişməsində yerləşir. Dünya bu cür maraqları irəli aparmaq istəyən çoxsaylı dairələrlə zəngindir. Üstəlik, bu dairələrin maraqlarının reallaşdırılması yolunda istifadə olunan vasitələr mövcuddur. Bu vasitələrdən biri Ermənistan onun beynəlxalq aləmdə, digər ölkələrdə formalaşmış diasporudur”.

Vitse-spikerin sözlərinə görə, bəzi dairələr Azərbaycanı inkişaf edən, ictimai-siyasi sabitliyini qoruyan bir ölkə kimi görmək istəmirlər: “Bu dairələr həm idarəedici, həm alət rolunda çıxış edirlər. Azərbaycan bunları təbii qəbul edir müqavimət hissini getdikcə artırır. Amma bu dairələrin içərisində öz soydaşlarımızın alət rolunda yer almasını qəbul etmək mümkün deyil. Onlar Azərbaycanda öz siyasi ambisiyalarını maraqlarını reallaşdıra bilməyən, vətəndaşları arxasınca apara bilməyənlərdir. Bu qüvvələr artıq Azərbaycanda fəaliyyət sahəsinə malik olmayacaqlarını dərindən anlayır, dövlət başçısının ölkəni inkişafa aparan siyasətini gözdən salmağa çalışırlar. Beynəlxalq dairələr Azərbaycan əleyhinə istifadə etmək üçün elə şəxsləri seçirlər ki, onların sözünü heç ailəsində eşidən yoxdur. Bu şəxslər bir müddət vasitə kimi istifadə edildikdən sonra yararsız bir əşya kimi kənara atılırlar. Hesab edirəm ki, bütün bunlar bizi narahat etməməlidir. Gəncləri Azərbaycan əleyhinə olan dairələrin təsiri altına düşməkdən qorumaq istiqamətində səylərimizi artırmalıyıq. Hər bir valideyn öz övladını Azərbaycanın maraqları uğrunda müdafiəyə hazırlamalı onun dövlət əleyhinə çıxmağına imkan verməməlidir. Hesab edirəm ki, burada ailələrdən çox şey asılıdır”.

B.Muradova vurğulayıb ki, Azərbaycan əleyhinə istifadə olunan qüvvələr çox ciddi qınaq altındadır: “Mən heç kəsə, hətta düşmənimə bu vəziyyətə düşməyi arzulamazdım. Onların bəzilərinin Azərbaycan haqqında daxili hiss-həyəcanla yazılarının şahidi oluruq. Bu insanlar sanki düşüncələrində kiçik bir Azərbaycan gəzdirirlər. Hesab edirəm ki, daxilində mifik Azərbaycan gəzdirməkdənsə, ölkəyə qayıdaraq, günahlarını etiraf edərək ümumi inkişafın axarına qoşulmaq lazımdır”.

Milli Məclis rəsmisi əlavə edib ki, Azərbaycan yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bizdən sonra bu tədbirləri keçirən ölkələrin rəhbərləri açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın standartlarını təkrarlaya bilməyəcəklər. Bu, qürur hissi doğurur. Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur. Bu tədbirlər xarici dairələrin təsiri Azərbaycan əleyhinə aparılan təbliğatın müşayiəti ilə keçirilir. Azərbaycanda birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları keçirilən zaman burada tikilən müasir memarlıq nümunələrinin çökəcəyini, dağılacağını bəyan edənlər var idi. Həmin binalar neçə illərdir çox möhkəm şəkildə dayanıb Azərbaycanın müasir memarlıq rəmzinə çevrilib. İnkişafı gözü götürməmək qara yaxmaq xəbis niyyətlərdən xəbər verir. Bütün təzyiq qarayaxmalar Azərbaycanın müqavimət gücünü artırır. Biz bu yolla inadla davam etməkdəyik. Həyata keçirilən layihələr Azərbaycanı dinamik inkişafa aparır ölkəmizin bunları digər dövlətlərdən daha yaxşı həyata keçirdiyi aşkardır. Azərbaycan xalqı da bu tədbirlərin böyük iştirakçısına çevrilir. Azərbaycana gələn turistlər, tədbir iştirakçıları, idmançılar, iqtisadçılar, biznesmenlər, siyasətçilər, xarici dövlətlərin keçmiş indiki rəhbərləri, bir sözlə, hər kəs ölkəmizin uğurundan danışır. Bir çox beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsinə məmnuniyyətlə qərar verirlər”.

Vitse-spikerin fikrincə, Azərbaycanın inkişafını təmin edən, tənzimləyici rolunu sübut edən müxtəlif layihələr var: “Nəqliyyat, enerji sosial xidmət sahələrində ortaya qoyulan layihələr bir çox dünya ölkələrini Azərbaycanda bir araya gətirir. Əməliyyat şirkətləri yaradılır. Onlar ən yüksək standartlarla bu layihələri icra edirlər. Bu layihələr uğurlu şəkildə reallaşdıqca Azərbaycanda həm bu sahələr inkişaf edir, həm aparıcı ölkəyə çevrilirik. Avropadan Çinə qədər uzanan qədim İpək Yolunun bərpası işə düşməsi üçün reallaşdırılan nəqliyyat layihələri bunu sübut edir. Həm dəniz, həm quru yolu vasitəsilə Azərbaycanın bu proseslərdə rolu getdikcə artmaqdadır”.

 

Yeni Azərbaycan.- 2019.- 31 may.- S.6