Bakıda “Ermənistanın
regional təhdidi” mövzusunda beynəlxalq forum keçirilib
Mayın 30-da Bakıda Beynəlxalq
Münasibətlərin Araşdırılması
Mərkəzi (BMAM) Azərbaycan
Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə “Ermənistanın
regional təhdidi” mövzusunda beynəlxalq forum keçirib.
AZƏRTAC xəbər
verir ki, forumda dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq
təşkilatların təmsilçiləri,
səfirlər, media və QHT rəhbərləri,
ziyalılar, tələbələr
iştirak ediblər.
Forumu Prezident yanında
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
üzvü, BMAM-ın
sədri Rufiz Qonaqov açaraq Azərbaycanın ərazi
bütövlüyünün və bir milyondan
çox qaçqın
və məcbur köçkün həyatı
yaşayan Azərbaycan
vətəndaşlarının hüquqlarının
təmin edilməsi istiqamətində dünya
birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə
çağırıb. O, Ermənistanın
bu gün də davam edən
işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib.
BMAM-ın sədri Prezident İlham Əliyevin “Azərbaycanın
ərazi bütövlüyü
danışıqlar mövzusu
deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” fikirlərini
bir daha forum iştirakçılarının
diqqətinə çatdırıb.
Vurğulanıb ki, Ermənistanın işğala
son qoymaması regional və qlobal təhlükəsizlik
üçün də
ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən
sonra prosesin normallaşmasına ümid
yaransa da, təkrarlanan qeyri-konstruktiv
mövqe indiki rejimin də mahiyyətinin özündən
əvvəlkinə bənzədiyini
göstərir.
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov tədbirdə “Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
yeni mərhələdə”
mövzusunda məruzə
ilə çıxış
edib. O bildirib ki, münaqişənin həlli istiqamətində
danışıqlar prosesi
davam etdirilir, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv
siyasəti bu danışıqların səmərəliliyinə
mane olur. Azərbaycan sülh yolu ilə torpaqlarımızın
azad olunmasının tərəfdarıdır və
bunu dəfələrlə
bildirib. Biz bunu bütün səviyyələrdə bəyan
etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi
həll etməyə çağırırıq.
Səməd Seyidov qeyd edib
ki, bu gün
Ermənistan hakimiyyəti
informasiya müharibəsinə
əl ataraq beynəlxalq ictimaiyyəti
çaşdırmağa çalışır.
Lakin Ermənistanın
cəhdləri ona heç nə qazandırmır.
Sonra Milli
Məclisinin deputatı
Qüdrət Həsənquliyev
“Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər”
mövzusunda məruzə
ilə çıxış
edib. O bildirib ki, Ermənistanın təhdidləri region üçün çox təhlükəli nəticələrə
gətirib çıxarıb.
Ermənistandakı hakimiyyət
dəyişikliyi prosesi
müsbət istiqamətdə
aparmır, əksinə,
daha təhlükəli
nəticələrə yol
açır. Ermənistan
tərəfi anlamalıdır
ki, bu münaqişə
nəticəsində özünü
pis vəziyyətə
salıb. Ermənistanda
faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta
aparır.
Milli Məclisin
deputatı Cavanşir
Feyziyev məruzəsində
Ermənistanın Cənubi
Qafqazda xalqların təhlükəsizliyinə qarşı
davam edən təhdid siyasətinin aradan qaldırılması
üçün region
dövlətlərinin bir
araya gəlməsinin vacibliyini vurğulayıb.
O, beynəlxalq ictimaiyyətin
ədalətsiz qərarlarına,
bəzi beynəlxalq təşkilatların tətbiq
etdiyi ikili standartlara etirazını bildirib. Deputat qeyd edib ki,
nə qədər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri
çəkilməyib, Cənubi
Qafqazda xalqların dinc və yanaşı
yaşaması məsələsi
sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin
bu hərəkətlərinə
etinasız münasibəti
müasir beynəlxalq
münasibətlər sistemi
üçün arzuolunmaz
ənənələrin təməlini
qoyur.
Xarici İşlər Nazirliyinin
Mətbuat İdarəsinin
rəisi Leyla Abdullayeva “Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin hazırkı
danışıqlar prosesindəki
vəziyyəti” mövzusunda
məruzəsində münaqişənin
həlli istiqamətində
ölkə başçıları
və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərdən
bəhs edib, Ermənistanın qeyri-konstruktiv
mövqeyini forum iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz işğal olunub. Ermənistan BMT Təhlükəsizlik
Şurasının bu
münaqişə ilə
bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən
imtina edir. Müxtəlif beynəlxalq təşkilatlar,
o cümlədən dünya
dövlətləri tərəfindən
Azərbaycanın ərazi
bütövlüyünün qeyd-şərtsiz bəyan
edilməsinə baxmayaraq,
Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan
çox soydaşımız qaçqın
və məcburi köçkün həyatı
yaşayır. Münaqişənin
həlli ilə bağlı Azərbaycanın
mövqeyi prinsipialdır.
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
sərhədləri çərçivəsində
suverenliyi və ərazi bütövlüyünün
təmin edilməsi xarici siyasətimizin prioritetlərindən birini
təşkil edir.
Milli Məclisin
deputatı Elman Nəsirov bu kimi beynəlxalq forumların keçirilməsinin
əhəmiyyətindən danışıb. O, Ermənistanın
işğalçılıq siyasətinin BMT-nin 4 qətnaməsində də
öz əksini tapdığını vurğulayıb.
Bildirib ki, Ermənistan beynəlxalq hüquqa riayət etməklə Azərbaycan
torpaqlarından geri çəkilməli, işğalçılıq
siyasətindən imtina
etməlidir. Ermənistanın
işğalçılıq siyasəti bütün dünya tərəfindən
pislənməli, ikili
standartlara son qoyulmalıdır.
Forum müzakirələrlə
davam edib. Qeyd edilib ki,
Ermənistanın aqressiv
siyasətinin qarşısının
alınmasında beynəlxalq
təşkilatlar, diaspor
qurumları, vətəndaş
cəmiyyətləri fəal
olmalıdırlar. Onlar
Ermənistanın təhdid
siyasətinin qarşısının
alınmasında yaxından
iştirak etməlidirlər.
Beynəlxalq forumun iştirakçıları
adından Ermənistanın
regional təhdid siyasətinə dair bəyanat qəbul edilib.
Yeni Azərbaycan.- 2019.- 31 may.- S.6