Nəsimi festivalı çərçivəsində VIII BeynəlxalqTullantıdan sənətəsərgisi açılıb

 

Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da “QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII BeynəlxalqTullantıdan sənətəsərgisi açılıb.

Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Q Galleryincəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.

Rusiyalı rəssam Fukrat Bayçibayev sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Mənim metal tullantılardan ərsəyə gətirdiyimŞərq gözəlliyiəsərim görkəmli mütəfəkkir Nəsiminin mədəni irsində göstərilən ən parlaq ecazkar simalardan biri olan Şərq gözəlini tərənnüm edir. Bu gözəli o, bir çox şeirlərində vəsf edib. Barelyef müxtəlif polad detallardan hazırlanıb. İnanıram ki, ziyarətçilər tərəfindən bəyəniləcək”.

Azərbaycanlı rəssam Şahnaz Ağayeva əsəri barədə məlumat verərək deyib ki, “Açıqlamaadlı instalyasiyasının əsas məğzi daşlaşmış beyinlərin elm savada köklənməsi konseptini ehtiva edir: “Daş informasiya daşıyıcılarından biridir. İnsan beyninin məhz daşla müqayisə edilməsi konsepti daha dəqiqləşir, inkişafa can atmaq üçün dayaq nöqtəsi olur. Belə bir sərgidə iştirakdan məmnunam, yaradılan şəraitə görə təşkilatçılara təşəkkür edirəm”.

Xorvatiyalı Sanya PribiçinSeirlərin nəsimiadlı əsəri yeddi üfüqi şəkildə asılmış, üzərinə qəzetlər yapışdırılmış mavi rəngə boyadılmış penoplast parçasıdır. Rəssam deyib: “Hürufizmdə yeddi müqəddəs rəqəmdir. Əsərin nümayiş edildiyi yerdə hava axınının paketləri yüngül mehlə - nəsimlə hərəkətə gətirməsi şairin təxəllüsünə işarə verir. Nəsiminin yaradıcılığı səmadan bizə gələn bir bəxşişdir”.

Monteneqrolu rəssam Luka Radoyeviçin sərgidə yer alanNəsiminin xəyallarıəsəri olduqca maraqlıdır. Əsər haqqında məlumat verən rəssam deyib: “Mən Nəsiminin uşaqlığını göstərən dörd portretini çəkmişəm. Plastikdən kollaj şəkilində hazırlanmış portret Azərbaycanın xəritəsidir. Burada onun ingilis dilində tərcümə olunmuş şeirləri yer alır”.

Budəfəki sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunur. Sərgidə Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim edilib. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.

Tullantıdan sənətəsərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsindəTullantıdan sənətəmuzeyi fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir. Əsas məqsəd əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

 

Yeni Azərbaycan.- 2019.- 1 oktyabr.- S.4