Gənc Tamaşaçılar
Teatrında “Cosmic love” tamaşası
nümayiş olunub
İkinci
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı
çərçivəsində sentyabrın 30-da Gənc Tamaşaçılar Teatrında
Kanadanın Klara Furey rəqs qrupunun “Cosmic love” tamaşası
nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, “Cosmic love”də xoreoqraf Klara Furey işini
fiziki təzahürlərin
intuitiv və poetik təqdimatı ətrafında qurub.
Hər növ ünsiyyətin mümkün
olduğu minimalist quruluşda
o, daimi şəkil dəyişən enerji və sadə jestlərdən ibarət ayinlərə müraciət
edib. Bununla Klara Furey yeddi ifaçı ilə canlı bədənlərin bənzərsiz
parlaqlığını aşkara
çıxaran abstrakt
əsər yaratmağı
bacarıb.
Tamaşa böyük maraq doğurub.
Qeyd edək
ki, incəsənət
sahəsində rəqs
dünyasına daxil olmazdan əvvəl Klara Furey bəstəkar
kimi çalışıb. 2011-ci ildən
o, istiqamətini xoreoqrafiyaya
çevirərək hissi
qavrayışın yüksək
səviyyədə dərk
edilməsi mövzusu ətrafında mərkəzləşən
iş yaradıb. O, daima öz individuallığını
incə detallarda təcəssüm etdirərək
bədən hərəkətlərinə
xüsusi önəm verir.
Yeni Azərbaycan.-2019.- 1 oktyabr.- S.4