İkinci Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində növbəti təqdimat

 

İkinci Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrındaİztirablı könülAnhui Əyaləti Huiju Teatrının tamaşası (Çin) (Azərbaycan dilində subtitrlər ilə) təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Uilyam ŞekspirinMakbetəsərinin motivləri əsasında hazırlanmış səhnə əsəri böyük maraqla qarşılanıb.

Tamaşanın köməkçi prodüser Ji Guoping, baş prodüser Zhang Juhuai, ssenari müəllifi Sun Qiang, direktor Su Qinna, musiqisi isə Su Zhiyuan Zhao Yinhuya məxsusdur.

Huiju Teatrı geniş dərin Hui mədəniyyətindən əsasını götürmüş Çinin ən qədim teatr formalarından biridir. Huiju operası 400 illik tarixə malikdir. Bu teatr keçmiş ənənələri davam etdirən gələcək üçün yeni yol açan Çin operalarının inkişafında əhəmiyyətli rol oynayıb. 1970-ci ildə yerli məşhur aktyor Gao Langting imperator Qianlonqun 80 illik yubileyini qeyd etmək üçün özünün Sanqinq Huiju opera truppasının Qinq sülaləsinin paytaxtı olan Pekinə aparıb.

Huiju operasının səhnəsi zəngin müxtəlifdir. Kostyumlar sadə zövqlüdür. Teatr öz tarixi boyunca yüksəlişlər enişlər yaşayıb. Amma onun zəngin irsinin milli xüsusiyyətlər bədii canlılığının davamlı olmasına imkan verir.

Qərb pyeslərinin adaptasiyası ənənəvi operaları yeni formada canlandırılıb. Huiju operasının yaşamasına təminat vermək üçün daha geniş spektrdə tədbirlər görülməsinə çağırır. Bu, Çin operasının yenidən canlandırılması daha geniş auditoriyaya tanıdılmasının təsirli üsuludur.

Yeni Azərbaycan.- 2019.- 1 oktyabr.- S.4