“LEYLA. FONS VITAE” poeziya tamaşası maraqla qarşılanıb
İkinci Nəsimi
- şeir, incəsənət
və mənəviyyat
Festivalı çərçivəsində
sentyabrın 30-da Maqsud
İbrahimbəyov Yaradıcılıq
Mərkəzində “LEYLA. FONS VITAE” poeziya tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanı
izləyənlər arasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
da olub.
“LEYLA. FONS VITAE” Leyla Əliyevanın və şair və dramaturq, Çexiyada yaşayan həmvətənimiz
Leyla Bəyimin (Cəfərovanın) iştirakı
ilə hazırlanmış
ilk tamaşadır.
Fons
Vitae (lat.) - həyat mənbəyi
deməkdir. Bu termin XI əsr şair və filosofu, o zaman üç din arasında tolerantlıq mərkəzi
olan Toledoda yaşamış Solomon ibn
Qabirolun mesajıdır.
Solomon ərəb dilində
yazıb, daha sonra latın
dilinə “Fons Vitae” şəklində tərcümə
edib.
İmadəddin Nəsimi və Solomon ibn Qabirol fərqli
zamanlarda, amma ərəb xilafətinin eyni mədəni məkanında yaşayıblar
və poeziyalarında
bənzər dini köklər və fəlsəfə əks olunub.
Tamaşanın nümayişindən əvvəl səhnə əsərinin quruluşçu
rejissoru, Xalq artisti Vaqif Əsədov
deyib ki, Leyla Əliyeva və Leyla Bəyimin
əsərlərində çox
yaxın bağlar var.
Onlar da öz sələfləri kimi bütün poetik axtarışlarında kamil
insan obrazı yaratmaq, Allahın böyüklüyünü insanda
görmək, onda tapmaq istəyirlər. Tamaşada
Solomon ibn Qabirol Nəsimi ilə üz-üzə gəlir.
Səhnə əsərində hər iki şairin
5 şeirindən istifadə
edilib. Bu əsərlər bütövlükdə
Nəsimi poeziyasının
ruhuna yaxın, həm də festivala bir töhfədir.
Rejissor deyib ki, Leyla Əliyeva
və Leyla Bəyimi bir-birinə bağlayan, yaxınlaşdıran
ideyadır. Bu ideya
vaxtilə Nəsimini Solomonla bağlayıb.
Əsrlər keçib, bu
ideya yenidən iki söz adamını
birləşdirir. Burada əsas ideya İnsandır.
Birinci Nəsimi - şeir,
incəsənət və
mənəviyyat Festivalından
“Qurban” immersiv tamaşası ilə sənətsevərlərə yaxşı
tanış olan Leyla Bəyim deyib ki, bizim
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı
çərçivəsində düşündüyümüz poetik tamaşa ideyası zamanın fövqündə olan şairin tutduğu yolu, onun mənəvi maariflənmə yolunu göstərməkdən ibarətdir.
Solomon ibn
Qabirolun poeziyasının
ruhu zaman məfhumu altında Nəsimi poeziyasından gecə səmasında parlayan yeni ulduz,
sevgi ulduzu kimi keçir. Əsrlər ötür, sərhədlər, dillər
dəyişir, lakin poeziya və mənəviyyat dili eynidir... Bu, bizim Leyla Əliyeva
ilə gələcək
dialoqumuzun rasional toxumudur. Bu dialoq
məna etibarilə özümüzün əksidir.
Bu, öz daxilimizə nüfuz etmək, işığa aparan “gecə”nin dərinliyinə dalmaqdır.
Sonra tanınmış
elm və mədəniyyət xadimlərinin,
şeirsevərlərin iştirakı
ilə “LEYLA. FONS VITAE” poeziya
tamaşası təqdim
olunub.
Poeziya tamaşasında
iki şairənin şeirləri dialoq şəklində, dram quruluşu müşayiəti
ilə söylənilib.
İki şairənin
poetik deyişməsi simvolik olaraq şairlərin lirik qəhrəmanının mənəvi
inkişaf və maariflənməsi yolunu əks etdirir.
Tamaşada Fuad
Osmanov Solomon ibn Qabirolun, Oleq Əmirbəyov isə Nəsiminin obrazını canlandırıblar.
Tamaşa bütün
iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
Tamaşanın iştirakçıları və festivalın qonaqları dahi mütəfəkkir və
filosofa həsr edilmiş festivalın təşkilinin təkcə
ölkənin mədəni
həyatı üçün
yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük
əhəmiyyət kəsb
etdiyini söyləyiblər.
“LEYLA. FONS VITAE” poeziya tamaşasının
bənzərsizliyini xüsusi
vurğulayan qonaqlar hər iki şairəni
təbrik edib və onlara ən xoş arzularını çatdırıblar
Yeni Azərbaycan.-
2019.- 1 oktyabr.- S.2