Qala qəsəbəsində
“Açılan divarlar”
və “Ümidin yaradılması” layihələrinin
təqdimatı olub
Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində
“Açılan divarlar”
ictimai incəsənət
layihəsinin təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, layihənin
təqdimat mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
iştirak ediblər.
Ötən ildən
həyata keçirilən
layihədə yeddi əcnəbi və iki yerli qrafiti
rəssamı iştirak
edərək köhnə
sənaye anbarı üzərində inanılmaz
divar rəsmləri yaradıblar.
Bildirilib ki, layihə
çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art”
(şəhər/küçə
incəsənəti) janrında
yaratdıqları əsərlər,
Buzovna və Mərdəkan qəsəbələrindən
olan yaradıcı uşaqların rəsmləri
əsasında divar
pannosu da nümayiş olunur.
Əsas məqsəd
yalnız məşhur
rəssamların işlərini
göstərmək deyil,
həmçinin yerli istedadları da bu layihəyə cəlb etmək olub.
Qeyd edilib ki, Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalı
çərçivəsində bu il, həm
də uşaq evləri və internat məktəblərinin
sakinləri və məzunlarının iştirakı
ilə “Ümidin yaradılması” sosial-mədəni
layihəsi də həyata keçirilib.
Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz
arzularını təsvir
vasitəsilə əks
etdirib və onların əl işləri sonra köynəklər üzərinə
köçürülüb.
Festival çərçivəsində
bu köynəklərin
nümayişi də olub. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin
sakinləri və məzunlarının yaradıcılıq
qabiliyyətini inkişaf
etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.
Sonra qonaqlar
hər iki layihə ilə tanış olublar.
Yeni Azərbaycan.- 1 oktyabr.- S.1