İkinci Nəsimi-şeir,
incəsənət və
mənəviyyat Festivalı
Heydər Əliyev Mərkəzində qala-tamaşa
ilə başa çatıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir,
incəsənət və
mənəviyyat Festivalının
bağlanış qala-tamaşası
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Qala-tamaşada Azərbaycan incəsənət
xadimlərinin, Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan
qədim musiqi alətlərindən ibarət
“Əsrlərin sədası”
ansamblının, o cümlədən
Türkiyə, İran,
İordaniya və Mərakeşdən dəvət
olunan musiqiçilərin,
ABŞ-dan caz ifaçısı, pianoçu
Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənilib.
Eyni zamanda,
bəstəkar Rəhilə
Həsənovanın simfonik
orkestr üçün
“Ulduzlara lay-lay” əsəri, Ayaz Qəmbərlinin Nəsimi
festivalı üçün
bəstələdiyi “Mozaika”
əsəri təqdim
olunub.
Nəfis bədii
və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin
və zamanların görüşünü canlandıraraq
rəmzi olaraq şeir, incəsənət
və mənəviyyat
dünyasını təqdim
edib.
Tamaşada, həmçinin
dahi şair İmadəddin Nəsiminin
müxtəlif yaşlardakı
obrazı aktyorların
təqdimatında canlandırılıb.
Proqram ərzində
İmadəddin Nəsiminin
şeir dünyasının
ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən
ruhu nümayiş olunub.
Qeyd edək
ki, II Nəsimi - şeir, incəsənət
və mənəviyyat
Festivalı sentyabrın
28-dən başlayıb. Heydər Əliyev
Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin yaradıcılığının
tədqiqi və təbliği, onun fikir və düşüncələrinin
müasirlikdə əksini
izləmək məqsədi
daşıyır. Dörd
gün ərzində Nəsimi yaradıcılığına
müxtəlif istiqamətlərdən
diqqət yetirilib, yeni maraqlı layihələr vasitəsilə
dahi şairin yaradıcılığına və
fəlsəfəsinə baxış
olub.
Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
anadan olmasının
650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Festival günlərində Bakıda və şairin doğulduğu Şamaxı şəhərində
təşkil olunan tədbirlərdə Nəsimi
poeziyası, böyük
mütəfəkkirin fəlsəfi
ideyaları müxtəlif
incəsənət növləri
və onların ahəngi vasitəsilə tərənnüm edilib.
Yeni Azərbaycan.-
2019.- 2 oktyabr.- S.3