Ahmet Güneştekinin fərdi sərgisi açılıb

 

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Ahmet GüneştekininYaddaşın əlifbasıadlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, bu günlərdə ölkəmiz Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalına ev sahibliyi edib. Festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən 50-yə yaxın tədbir öz rəngarəngliyi ilə seçilib. Fürsətdən istifadə edərək dünyanın müxtəlif ölkələrindən festivala qatılan qonaqları salamlayıram. İlk növbədə, ölkəmizdə mədəni layihələrin həyata keçirilməsinə verdiyi dəstəyə bu iliNəsimi ilielan etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan mədəniyyətini dünyada layiqincə təbliğ etdiyinə belə bir festivalın reallaşmasına göstərdiyi köməyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Bu gün Heydər Əliyev Mərkəzində dünya şöhrətli türkiyəli heykəltəraş Ahmet Güneştekinin əsərləri təqdim olunacaq. Sərginin hər kəsin böyük marağına səbəb olacağını vurğulayan A.Ələkbərov deyib: “Rəssamın Bakı sərgisindəki ekspozisiyasında Azərbaycan xalqının Ümummilli Liderinə həsr etdiyiHeydər Əliyevin xatirəsinəadlı əsəri yer alıb. Bu, rəssamın çoxdankı arzusu idi. Artıq həmin əsər bu gün sizlərə təqdim olunacaq. Ahmet Güneştekinin dahi şəxsiyyət Heydər Əliyevə heyranlığı hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib”.

Bakıda belə bir möhtəşəm mərkəzdə sərgisinin açılmasından məmnunluğunu ifadə edən Ahmet Güneştekin paytaxtımızı bir mədəniyyət şəhəri kimi dəyərləndirib. “Memarlıq baxımından dünyada tayı-bərabəri olmayan belə bir mərkəzdə sərgimin açılması məni çox qürurlandırır. İlk dəfə Heydər Əliyev Mərkəzini görəndə çox heyrətləndim. Bura nadir bir məkandır. Bu məkan mənim üçün yaratdığımÖlümsüzlük otağıqədər dəyərli bir memarlıq nümunəsidir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə vəfa borcu kimi bir əsər həsr etdim. Bu əsərimlə çalışmışam ki, Azərbaycan tarixini Heydər Əliyev şəxsiyyətini əks etdirim. Bu il, eyni zamanda, AzərbaycandaNəsimi ili”dir. Nəsimi dahi söz xiridarıdır. İmadəddin Nəsiminin nadir şəxsiyyətindən poetik irsindən ilhamlanaraqRecm Nasimiadlı əsərimi yaratdım bununla festivala öz töhfəmi vermək istədim. Festivala dəvət aldığım üçün Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”, - deyə rəssam qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın İmadəddin Nəsimiyə həsr etdiyiRecm Nasimiəsərində sufiliyin ədəbi fəlsəfi qolu olan hürufiliyin ehkamları əks olunur. Sərgilənən işlər arasında rəssamın məşhurÖlümsüzlük otağıda var. Bu möhtəşəm əsər Heydər Əliyev Mərkəzinin binası önündə nümayiş olunur. RəssamÖlümsüzlük otağı”nı Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. “Gilqameş dastanıNuh tufanıəfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. RəssamÖlümsüzlük otağıüzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə buynuz hissədən ibarətdir. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.

Qeyd edək ki, Türkiyə müasir incəsənətinin əsas simalarından olan Ahmet Güneştekin 1966-cı ildə anadan olub. Beş yaşından rəsm çəkən Güneştekin 1981-ci ildə İstanbula gəlib. 1997-ci ildə İstanbulda ilk studiyasını qurub. 2003-cü ildə Atatürk Mədəniyyət MərkəzindəZülmətdən sonra rəngləradlı ilk böyük sərgisini açıb. 2005-ci ildəGünəşin izindəsənədli layihəsini həyata keçirib. 2010-cu ildə İstanbulda Güneştekin Sənət Mərkəzini yaradıb. 2013-cü ildə Venesiyada ilk beynəlxalq sərgisini açıb Malboro (Marlborough) qalereyası ilə əməkdaşlıq etməyə başlayıb.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.

 

Yeni Azərbaycan.- 2019.- 2 oktyabr.- S.3