Pəncərədən düşən işıqsənədli filminin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüşPəncərədən düşən işıqsənədli filminin nümayişi olub.

Film Heydər Əliyev Fondunun Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

AZƏRTAC xəbər verir ki, filmin baş prodüseri ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Pəncərədən düşən işıqsənədli filmində Xeyir Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da çətinliklərin öhdəsindən gələ bilir.

Filmdə valideynlər həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam ümidlərini itirmirlər. “Pəncərədən düşən işıqfilminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa heç vaxt ruhdan düşməməyə çağırır.

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. OnuPəncərədən düşən işıqfilminin çəkilməsinə məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəsPəncərədən düşən işıqfilminəYouTubekanalında baxa bilər.

Filmin rejissoru ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət xeyirxahlıqdır”.

Xatırladaq ki, Nəsimi - şeir, incəsənət mənəviyyat Festivalı Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

 

Yeni Azərbaycan.- 2019.-  2 oktyabr.- S.3