Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi qeyd edilib

 

Oktyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist tənqidçi, tanınmış hüquqşünas şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət hökumət rəsmiləri, deputatlar, yerli xarici alimlər, eləcə Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi nəticələri iştirak ediblər.

Mərasimdə Əhməd bəy Ağaoğlunun həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Həmçinin Filarmoniyanın foyesində fotosərgi Əhməd bəy Ağaoğlu mövzusunda kitabların sərgisi təşkil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Əhməd bəy Ağaoğlu daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. O, bütün ömrü boyu xalqımız üçün yazdı, yaratdı.

Azərbaycanın Macarıstandakı səfiri, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev böyük mütəfəkkirin həyat fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıb. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, onda Əhməd bəy Ağaoğluna dair arxiv var. “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”, - deyə o əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

Yeni Azərbaycan.- 2019.- 3 oktyabr.- S.5