İspaniya jurnalında
Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə
dair məqalə dərc edilib
İspaniyanın nüfuzlu “Diplomatiya
XXI əsr” jurnalında
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən,
o cümlədən tolerantlıq
və mədəniyyətlərarası
dialoqun inkişafı
sahəsində əvəzolunmaz
xidmətlərindən bəhs
edən geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər
verir ki, ölkəmizin İspaniya
Krallığındakı səfirliyinin
təşəbbüsü ilə hazırlanmış
məqalədə Azərbaycanda
humanizm və xeyirxahlıq rəmzinə
çevrilmiş Birinci
vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın azərbaycançılıq
məfkurəsinin təbliğinə,
habelə ölkədə
sosial rifahın yüksəldilməsinə, elm, təhsil,
mədəniyyət, idman
sahələrinin inkişafına
əhəmiyyətli töhfə
verməsindən, onun
rəhbərliyi ilə
həyata keçirilən
çoxsaylı layihələrin
milli dəyərlərin
qorunmasına və onların ictimai şüurda möhkəmlənməsinə
xidmət etməsindən
söz açılır.
Məqalədə
2004-cü ildə əsası
qoyulmuş və elə o vaxtdan Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkənin inkişafına verdiyi töhfələrdən, çoxşaxəli
fəaliyyətindən bəhs
olunur. Mehriban Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, o cümlədən Ermənistanın
Azərbaycana qarşı
təcavüzkar və
işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində
məqsədyönlü və
ardıcıl iş aparması xüsusi olaraq vurğulanır.
Fondun dəstəyi ilə
hər il müxtəlif ölkələrdə
Xocalı faciəsinə
həsr olunmuş konfransların, tədbirlərin
keçirildiyi, ermənilərin
Xocalıda törətdikləri
soyqırımı, insanlıq
əleyhinə və müharibə cinayətləri
barədə məlumatlandırma
kampaniyasının uğurla
aparıldığı
qeyd olunur, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başladılmış “Xocalıya
ədalət!” beynəlxalq
kampaniyasının mühüm
əhəmiyyət daşıdığı
diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycan mədəniyyətinin
dünyada təbliğində,
mədəniyyətlərarası dialoqun genişləndirilməsində
Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (UNESKO) ilə
əlaqələri xüsusi
yer tutur, Azərbaycan-UNESKO əməkdaşlığının
yüksələn xətlə inkişaf etməsində Fondun prezidenti Mehriban Əliyevanın səyləri
danılmazdır.
Mehriban Əliyevanın bilavasitə
təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar sahədə digər dövlətlərlə
ikitərəfli münasibətlərin
dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət etməsi yüksək qiymətləndirilərək,
Fondun bu məqsədlə həyata keçirdiyi layihələr geniş şəkildə işıqlandırılır.
Tolerantlıq və dialoq
sahəsində görülmüş
işlərin nəticəsi
olaraq Roma Papası Fransiskin
2016-cı ildə Azərbaycana
səfər etdiyi, Müqəddəs Məryəm
katolik kilsəsində
dua mərasimi zamanı Azərbaycanı
“sivilizasiyalar arasında
körpü” adlandırdığı
xüsusi olaraq vurğulanır.
Nəfis tərtibatda çap
edilən “Diplomatiya
XXI əsr” jurnalı ölkədə böyük
oxuyucu kütləsinə
və xüsusi nüfuza malik olmaqla yanaşı, İspaniyanın dövlət
orqanları, xüsusilə
Xarici İşlər,
Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyi, bu ölkədəki diplomatik
nümayəndəliklər, habelə İspaniya Krallığının
Latin Amerikası ölkələrindəki səfirlikləri
arasında da geniş yayılır.
Yeni Azərbaycan.-
2019.- 3 sentyabr.- S.4