Əli Əhmədov: Seçdiyimiz yol kifayət qədər düzgün uğurlu bir yoldur

 

Bu gün növbəti dəfə Azərbaycanın gözəl şəhərlərindən olan Yevlaxda olmağımızdan məmnunluğumu bildirirəm. Hər dəfə Yevlağa gələndə buranın gözəlliyi, buranın simasının dəyişməsi, müasirləşməsi, yeniləşməsi bizi çox sevindirir”. Bu fikirləri dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsində çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda bizim hər birimizin qürur mənbəyinə çevrilmiş, ölkəmizin böyük templə sürətlənməsinin çox gözəl nümunələrindən biri Yevlaxdır: Hesab edirəm ki, burada şəhərimizin yeniləşməsi bütövlükdə ölkəmizin yeniləşməsinin ən bariz ifadəsi kimi qəbul oluna bilər. İnsanlarımız 10-15 il bundan əvvəl Yevlaxdakı vəziyyəti çox gözəl xatırlayırlar. İnsanlar burada çox ağır vəziyyətdə yaşayırdılar. Hətta qurunt suları da qalxmışdı. Bütün bunlar insanlar üçün əlavə çətinliklər yaradırdı. İndi isə həyat tamamilə dəyişib. Yevlax Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilib. Bu imkanlar, bu şəraitlər insanın həyatını rahat etmək üçün yaradılıb. Vaxtilə insanlarımızı narahat edən çoxlu problemlər indi həllini tapıb. Bu problemlər indi insanlara keçmişdə olan xəyal kimi görünür. Təbii ki, bütün bunların hamısının kökündə duran başlıca amil Heydər Əliyev siyasətidir. Bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla böyük bir məhəbbətlə həyata keçirilməsidir. Yevlax heç zaman belə güclü, gözəl müasir olmamışdı. Amma biz inanırıq həqiqət bundan ibarətdir ki, bundan sonra Azərbaycan daha da gözəl, daha da inkişaf etmiş olacaq, insanlarımız üçün daha gözəl şərait imkan yaradılacaqdır. Ötən illər bir həqiqəti bizə çox aydın şəkildə qəbul etdirib. Bu da ondan ibarətdir ki, bizim qəbul etdiyimiz, daxil olduğumuz hər yeni il yola saldığımız ildən daha yaxşı olub”.

Baş nazirin müavini deyib ki, 2019-cu il 2018-ci ildən daha yaxşı il olub: “Eləcə 2018-ci il 2017-ci ildən daha yaxşı il idi. Bu, həyatın ortaya qoyduğu gerçəklikdir. Deyə bilərik ki, 2020-ci il 2019-cu ildən daha yaxşı il olacaqdır. İnsanın yaşaması üçün, insanın həyatının rahatlığının artması üçün daha yaxşı il olacaqdır. Bu minvalla qədər bu iqtidar hakimiyyətdədir, qədər İlham Əliyev Azərbaycanın Prezidentidir Azərbaycan daim inkişaf edəcək. Ona görə ki, biz düz yol seçmişik. Bu yolun mahiyyəti insana xidmətdən ibarətdir. Prezidentimiz dəfələrlə vurğulayıb, bəyan edib ki, Onun əsas məqsədi, həyata keçirdiyi siyasətin qayəsi insana xidmət etməkdən ibarətdir. İnsan bizim ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dayanır. İnsandan ali bir dəyər yoxdur ki, ona xidmət edəsən. biz ona xidmət edirik. Buna görə seçdiyimiz yol kifayət qədər düzgün uğurlu bir yoldur. Bu yolla Azərbaycan qədər gedəcəksə, o qədər Azərbaycan uğur qazanacaq, o qədər Azərbaycan inkişaf edəcək. Təbiidir ki, bu inkişafdan ən çox fayda götürən Azərbaycanın insanı, Azərbaycanın vətəndaşı olacaqdır. Bizim həyatımızın həqiqəti bundan ibarətdir”.

Görüşlərin Yeni Azərbaycan Partiyasının ilk təşkilatları ilə sistem şəklini almış görüşlər çərçivəsində həyata keçirildiyini deyən Əli Əhmədov qeyd edib ki, məqsəd budur ki, Yeni Azərbaycan Partiyasının ilk təşkilatları ilə bizim təmaslarımız daha da artsın, güclənsin, ilk təşkilatların fəallığı daha da yüksəlmiş olsun: “İlk təşkilatlar Yeni Azərbaycan Partiyasının bütövlükdə qarşısında duran vəzifələrin həyata keçirilməsində Prezidentin siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etsinlər, partiyanın böyük gücünü səfərbər edə bilsinlər. YAP-ın sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşı birləşib. Bu, sadəcə, statistika deyil. Bu qədər insanın, bu qədər Azərbaycan vətəndaşının, özü fəal Azərbaycan vətəndaşının Heydər Əliyev siyasətinə inamının ifadəsidir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamının, siyasətdə iştirak etmək niyyətinin istəyinin ifadəsidir. Bu mənada 750 min, sadəcə olaraq, rəqəm kimi bizim düşüncəmizdə böyük qüdrət mənasını kəsb etmir, bu, eyni zamanda, bu qədər insanın bir ideya uğrunda birləşməsi mənasında əzəmətli bir güc rolunda çıxış edir”.

Yeni Azərbaycan.- 2019.- 5 oktyabr.- S.5