Əli Həsənov: 1993-cü ildə Surət Hüseynovun silahlılarından qaçıb gizlənənlər 1994-cü ildə öz antixalq xislətlərini nümayiş etdirdilər

 

Dövlətçiliyin ən etibarlı qarantı hakimiyyətin yeganə mənbəyi xalqdır! Bu həqiqəti düz 25 il əvvəl Ümummilli Lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Surət Hüseynov Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov özFacebookprofilində paylaşdığı yazıda qeyd edib.

O bildirib ki, yaşlı orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir. Ümummilli Lider tərəfindən Azərbaycanın müstəqilliyi gələcək inkişafının əsas resurslarından əlavə qarantlardan biri kimi düşünülmüşƏsrin müqaviləsi”nin imzalandığı 1994-cü il 20 sentyabrdan dərhal sonra başlanmış oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi: “Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasənOMON”çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir”.

Prezidentin köməkçisi qeyd edib ki, Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayıb:Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. Belə bir şəraitdə Heydər Əliyev çox müdrik cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində imkanında olsa da, başqa yol seçdi bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib dayana da bilməz!!!”

Professor Əli Həsənov xüsusi aktuallığını nəzərə alaraq, oxucuların diqqətini bir mühüm məsələyə yönəldib. “1993-cü ilin iyun ayında həmin üsyançı polkovnikin - Surət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-“Müsavatliderləri o çətin günlərdə yenə öz antidövlət antixalq xislətlərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin qanuni hakimiyyətin müdafiəsinə qalxmış meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar. Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə müxalif düşərgəni zəbt etmiş həminliderciklər” 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir yenə küncdə-bucaqdapusqu quraraqmövcud hakimiyyətin zaman büdrəyəcəyini gözləyirlər. Düşünürəm ki, müxtəlif əyri qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə xarici anti-Azərbaycan mərkəzlərin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə, bəlkə, nəsə edə bilərlər...”

 Yeni Azərbaycan.- 2019.- 5 oktybr.- S.6.