İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə
Bakıda tədbir keçirilib
Oktyabrın
7-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı
Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə dahi şair
və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik
yubileyi münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər
verir ki, təbirdə çıxış
edən YAP Nəsimi rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı
Azərbaycan xalqının
tarixboyu bəşər
mədəniyyətinə Nizami,
Füzuli, Nəsimi kimi böyük mütəfəkkirlər bəxş
etdiyini söyləyib.
O qeyd edib ki, bu dahi
şəxsiyyətlərin beynəlxalq səviyyədə
dəfələrlə yubileyləri
keçirilib. Xalqımızın
tükənməz milli-mənəvi
sərvətləri olan
bu şəxsiyyətlərin
dünyada tanıdılmasında
və onların irsinin təbliğ edilməsində Heydər
Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Bu il dahi
şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illik yubileyi qeyd olunur.
Ölkəmizdə və
xaricdə bir çox mühüm tədbirlər keçirilib.
Elə bu günlərdə ikincisi keçirilmiş Nəsimi
– şeir, incəsənət
və mənəviyyat
Festivalı xüsusi qeyd edilməlidir.
Nəsimi Rayon İcra
Hakimiyyəti başçısının
birinci müavini Gülarə Verdiyeva Nəsimi yaradıcılığına
toxunaraq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı
ilə yanaşı, İslam Şərqində
ictimai-fəlsəfi şeirin
ən böyük nümayəndələrindən biri olduğunu vurğulayıb. O qeyd
edib ki, görkəmli Azərbaycan
şairinin şeirləri
Şərq xalqlarının
hafizəsində əbədi
həkk olunub.
Gülarə Verdiyeva bildirib ki, Prezident İlham
Əliyev tərəfindən
bu ilin ölkəmizdə
“Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin geniş vüsət almasına təkan verib.
Tədbir daha
sonra bədii hissə ilə davam edib.
Yeni Azərbaycan.-
2019.- 8 oktyabr.- S.9