BakıdaSənədlərlə Osmanlı dövləti Azərbaycan xanlıqlarının münasibətləriadlı sərgi açılıb

 

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət MuzeyindəSənədlərlə Osmanlı dövləti Azərbaycan xanlıqlarının münasibətləriadlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu deyən X.Əsədova bildirib ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq XIX əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir sərginin heç asan ərsəyə gəlmədiyini söyləyib: Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək”.

TİKA-nın Bakı bürosunun rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs edib. O, ölkəmizlə Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd edib. Belə bir tədbirin təşkilindən məmnunluğunu ifadə dib.

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri Uğur Ünal isə arxivlərdə son dərəcə əhəmiyyətli məlumatların olduğunu söyləyib: Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix ərzində ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində bu iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə Osmanlı dövlətindən qalma arxivlər təkcə Anadolu coğrafiyasını deyil, dünyanın 40-dan çox dövlətinin arxivini özündə birləşdirir. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd yer alır. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri əks etdirir. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd vardır. Sərginin tarixi əlaqələrimizi anlamaq məsələsində faydalı olacağına inanıram”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrin əyani sübutu olduğunu vurğulayıb. Deyib ki, İrəvan xanlığı Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub: “Əlimizdəki sənədlər keçmişdə Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Yeni Azərbaycan.- 2019.- 9 oktyabr.- S.7