Yazıçı tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri keçirilib

 

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı keçirilib.

TədbirKaspiqəzeti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdəKaspiqəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, bu əlaqələrin dərinləşdirilməsində yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim Babaxan Şərifin səmərəli xidmətlərindən danışıb. B.Şərifin öz həyatını, taleyini büsbütün elmə, ədəbiyyata, sözə bağladığını deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb.

S.Vəliyeva təqdim edilənAzərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğətilə bağlı fikirlərini bildirib, yazıçı Babaxan Şərifə yeni yaradıcılıq uğurları arzulayıb.

Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tarixçi-alim Yunis Oğuz, özbəkistanlı alim Şuxrat Barlas digər çıxış edənlər yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi töhfələrdən söz açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in əhəmiyyəti vurğulanıb.

Tədbirdə Babaxan Şərifə mükafatlar hədiyyələr təqdim olunub.

 

Yeni Azərbaycan.- 2019.- 10 oktyabr.- S.7