Nizami Kino Mərkəzində görkəmli
şair Andrey Dementyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
Oktyabrın 15-də Nizami Kino Mərkəzində
Rusiyanın görkəmli
şairi, Əməkdar
incəsənət xadimi,
Dövlət mükafatı
laureatı Andrey Dementyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı
sənədli filmin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat
mərasimində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Filmin təqdimatından
əvvəl tanınmış
jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək
şairin həyat və yaradıcılığından
söz açıb. Andrey Dementyevin Azərbaycan haqqında hər zaman gözəl təəssürat
və bilgiyə malik olduğunu deyən rejissor onun dəfələrlə
ölkəmizə səfərə
gəldiyini qeyd edib. Bildirib ki, Andrey Dementyev
sonuncu dəfə Azərbaycanda beş il əvvəl görkəmli şair Mixail Lermontovun 200 illiyi münasibətilə
təşkil edilən
tədbirdə iştirak
edib.
“Bu tədbirdə
çıxış edən
zaman Andrey Dementyevə gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları çox bəyəndiyini deyir. Şeirlərin müəllifinin
gələcəkdə böyük
yaradıcılığa malik
olacağını söyləyir.
Beləliklə, həmin
şeirlərin müəllifi
olan Leyla xanım Əliyevanın ilk şeirlər kitabı çap edilir”, - deyə O.Şommer vurğulayıb.
Heydər Əliyev
Fondu ilə birgə əməkdaşlıq
çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini
deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının
keçiriləcəyini qeyd
edib. O.Şommer deyib ki, böyük
şairlərin yaradıcılığına
Azərbaycanda hər zaman diqqət yetirilir.
Sonra qonaqlar
filmə baxıblar.
Yeni Azərbaycan.- 2019.- 16 oktyabr.-
S.4