1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

 

Ümummilli Liderimizin ziyalıların bu müraciətinə müsbət cavab verməsindən sonra yaranan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasında tarixi rol oynadı

Məlumdur ki, Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması ilə ikinci dəfə müstəqilliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə xaricdən yeni təhdidlər təhlükələrlə üz-üzə qaldı. Həmin dövrdə ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ayaz Mütəllibovun tərəfdarları ilə AXC-Müsavat qruplaşması arasında gedən hakimiyyət savaşı ölkədə hərc-mərclik yaratmaqla yanaşı, cəbhədə vəziyyəti ağırlaşdırmışdı. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti gündən-günə daha da genişlənirdi.

Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər qruplar arasındakı mübarizə hətta separatizmə yol açmışdı. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə qısa zamanda Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.

Baş verənlər xalqın maraqlarını qoruyan yeni bir siyasi qüvvənin yaradılmasını Azərbaycan dövlətinin düşdüyü çətin durumdan çıxarılması üçün əməli fəaliyyətə keçilməsini zəruri etmişdi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə ünvanladığıAzərbaycan Sizin sözünüzü gözləyirmüraciəti məhz bu zərurətdən doğmuşdu. Qeyd edək ki, “Səsqəzetində dərc edilən həmin müraciətdə bildirilirdi ki, respublikanın, xalqın vəziyyəti gündən-günə ağırlaşır, Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali Hakimiyyət idarəetmə orqanları Konstitusiyaya zidd fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Müraciətdə vurğulanırdı ki, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. Ulu Öndərə müraciət edən ziyalılar bildirirdilər ki, “hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır”. Qeyd edilirdi ki, yeni yaranan siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum cəmiyyətlərin vətənpərvər üzvləri həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar”.

Ulu Öndər Heydər Əliyev Öz növbəsində ziyalıların müraciətinəYeni, müstəqil Azərbaycan uğrundacavabında partiyanın gələcəyinə inamını belə ifadə etdi: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, qısa müddət ərzində təşkilatlanma işlərinə start verildi noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli Lider Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında yerli təşkilatlarının yaranmasına 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Xüsusi olaraq vurğulayaq ki, Ümummilli Liderimizin ziyalıların müraciətinə müsbət cavab verməsindən sonra yaranan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasında tarixi rol oynadı.

Bəli, vurğulandığı kimi, 1992-ci illərin sonu, 1993-cü illərin əvvəli gənc, müstəqil Azərbaycan üçün bir kabusa çevrilmişdi. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Ümummilli Lider Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, həmin gün - 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu gün özündə tarixi bir prosesin - Azərbaycan dövlətçiliyinin əsasını əks etdirməklə yanaşı, böyük fəlsəfi məna daşıyır. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli Lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı regionun lider dövlətinə çevirdi. Beləliklə, 27 il əvvəl ziyalıların müraciəti əsasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan qısa müddətdə iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə Cənubi Qafqaz regionunun ən böyük partiyası olaraq proseslərin önündə getməyi bacarır.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2019.- 16 oktyabr.- S.5