BSU-da tədbir:
50 il qüdrətli
Azərbaycan naminə
Oktyabrın 17-də Bakı Slavyan
Universitetində (BSU) Ulu
Öndər Heydər
Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə
gəlməsinin 50 illiyinə
həsr olunmuş “50 il qüdrətli Azərbaycan naminə” adlı tədbir keçirilib. Tədbirdə
Yeni Azərbaycan Partiyasının (YAP) və
Təhsil Nazirliyinin məsul şəxsləri,
Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ölkəmizdə
fəaliyyət göstərən
xarici ölkə səfirləri, media strukturlarının
rəhbərləri, təhsil
ekspertləri və ziyalılar iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin
50 illiyi münasibətilə
Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
yad olunub, məzarı üstünə
tər güllər düzülüb.
BSU-da davam edən tədbirdə ali
məktəbin nəzdində
Məktəb-Lisey Kompleksinin
xoru Azərbaycan Respublikasının dövlət
himnini səsləndirib.
Sonra tədbir iştirakçıları
Ümummilli Liderə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev” sənədli filminə tamaşa ediblər.
Tədbirdə BSU-nun rektoru, YAP-ın Qadınlar
Şurasının sədri,
professor Nurlana Əliyeva
müstəqilliyin bərpasından
sonra Azərbaycanın
keçdiyi inkişaf
yolundan, qazandığı
uğurlardan danışıb. O, Azərbaycanın
dünya dövlətləri
sırasında layiqli
yer tutduğunu, bu inkişaf və tərəqqinin Azərbaycan tarixinə qızıl hərflərlə
yazılmış Müstəqillik
Gününün bəhrələri
olduğunu vurğulayıb.
Rektor müstəqilliyin ilk illərində
Azərbaycanın dərin
siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi
təcavüzü, xalqımıza
qarşı həyata
keçirilən etnik
təmizləmə siyasəti
ilə üzləşdiyini
xatırladıb. Qeyd edib
ki, xalqımızın
təkidli tələbi
ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı
və apardığı
müdrik siyasət nəticəsində ölkəmiz
məhvolma təhlükəsindən,
vətəndaş müharibəsindən
xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik
bərqərar olub və bütün sahələrdə uğurlu
islahatların başlanmasına
zəmin yaradılıb.
Müstəqillik illərində ölkəmizdə
yeni gənc nəslin formalaşdığını,
həmin gənclərin
məhz müstəqil
Azərbaycan Respublikasında
dünyaya göz açdıqlarını deyən
rektor onları dövlətimizin təəssübünü
çəkməyə, ölkə
rəhbərinin ətrafında
sıx birləşməyə çağırıb.
Ulu Öndərin 1993-cü ildə
Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından
sonra əldə olunan nailiyyətlərdən
danışan N.Əliyeva
siyasi kursun Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini, respublikamızın
həm də beynəlxalq aləmdəki
mövqeyinin gündən-günə
möhkəmləndiyini, müstəqilliyimizin
daimi və əbədi olacağına
əminliyini bildirib.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər
sovet dövründə
Azərbaycanın birinci
şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını
əldən vermədi,
hətta bu yöndə müəyyən
dərəcədə uğurlar
əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi.
O, Ümummilli Liderin hakimiyyətə yenidən
qayıdışından dərhal
sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil
Azərbaycanın ilk Konstitusiyasının
qəbul edildiyini, ilk parlament seçkiləri keçirildiyini, gənclər
siyasəti, mədəniyyət,
idmanın inkişafı
sahəsində addımlar
atıldığını diqqətə çatdırıb.
“Biz indi maraqlı
və gözəl bir filmi izlədik. Hər dəfə
Ulu Öndərlə bağlı yeni bir filmə baxdıqdan sonra düşünürsən ki,
bu film əvvəlkindən
daha yaxşıdır.
Bu, ona görə belədir ki, bu filmlərin hamısında bir səmimiyyət var, xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin böyük azərbaycanlı obrazı
var. Bu filmlərin hər
birində Ulu Öndərin şəxsiyyətinin
və siyasi müdrikliyinin yeni bir səhifəsi ilə tanış olursan. Səhnədə bizə xoş günlər bəxş etmiş Ulu Öndərin, Azərbaycan
Respublikasının üçrəngli
bayrağı və
“50 il qüdrətli Azərbaycan naminə” yazısından ibarət maraqlı bir şəkil asılıb.
Bunlar üçü bir yerdə müasir müstəqil Azərbaycan
deməkdir və bir-birini mükəmməl
şəkildə tamamlayır”,
- deyən Bahar Muradova Ulu Öndər
Heydər Əliyevin qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıtdığını
və bu dövlətin müstəqilliyinin
etibarlı təminatını
yaratdığını vurğulayıb.
Tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə
və kollektivinə minnətdarlığını bildirən Bahar Muradova Ulu Öndərin
Azərbaycan xalqını
ağır vəziyyətdən
çıxararaq uğura
qovuşdurması, müstəqilliyin
dönməzliyinin, əbədiliyinin
təmin olunması ilə yaddaşlarda qalacağını deyib:
“Nə qədər ki, Azərbaycan, Azərbaycan xalqı var, Ulu Öndərin
dövlətimiz və
Vətən qarşısındakı
xidmətləri ehtiram
və sonsuz minnətdarlıqla xatırlanacaq.
Zaman tarixi baxımından bu böyük şəxsiyyəti bizdən
uzaqlaşdırdıqca, o, bizim qəlbimizdə böyüyəcək və
bizə daha da yaxınlaşacaq”.
BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallı çıxışında
böyük siyasi xadim Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə
Azərbaycan gəncliyinin
qüdrətli hamisi və qayğıkeş müəllimi olduğunu bildirib. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşən
Azərbaycan gəncliyi
xalqımız, Vətənimiz
və dövlətimiz
naminə hər cür fədakarlığa
hazırdır.
Bədii hissə
ilə davam edən tədbirdə universitetin “Arzu” rəqs ansamblının ifa etdiyi “Yallı”
rəqsi, slavyan xalqlarının rəqsləri,
türk rəqsi, “Sarı gəlin” böyük maraqla qarşılanıb. Bununla yanaşı,
BSU-da təhsil alan xarici tələbələrin
və universitetin tədris-mədəniyyət mərkəzlərində
təmsil olunan tələbələrin Azərbaycan
və müxtəlif dillərdə Ulu Öndərin kəlamlarını
səsləndirmələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti
Şaban Cəfərovun
ifa etdiyi “Azərbaycan” mahnısı,
şair Qabil Ədalətin “Bir ulu sərkərdə, bir Ulu Öndər”
şeiri tədbirə
xüsusi ovqat qatıb. Xalq artisti Azər Zeynalovun ifa etdiyi “Azərbaycan” mahnısı hamıda yüksək əhvali-ruhiyyə
yaradıb.
Yeni Azərbaycan.- 2019.-18 oktyabr.- S.5