21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən
istefası və anti-Azərbaycan ssenarilərinin
işə düşməsi
1987-ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi
sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi,
SSRİ-nin ən qüdrətli liderlərindən
biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü
yanlış xəttə,
onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa
vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin
mart ayında Sov.
İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd,
1982-ci ilin noyabrında
isə Siyasi Büronun üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmişdi. O, həmin
yüksək vəzifədə
çalışdığı dövrdə 60-dan çox
ümumittifaq nazirliyinin,
komitə və digər mərkəzi idarələrin fəaliyyətinə
ümumi rəhbərliyi
həyata keçirmiş
və bu sahələrin işinə
əsl dinamizm gətirmişdi.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər
Azərbaycan Prezidentinin
İctimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənovun
“Facebook” sosial şəbəkəsindəki
səhifəsində paylaşdığı
statusda yer alıb.
Statusda deyilir: Heydər Əliyevin istefaya göndərilməsinin əsas
səbəblərindən biri
də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə Onun
SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası
ilə Qarabağ avantürasına start vermiş,
qısa müddət sonra - 1987-ci il noyabrın 18-də Qorbaçovun
müşavirlərindən biri olan akademik
Abel Aqanbekyan Fransanın
“Humanite” qəzetinə
müsahibəsində Dağlıq
Qarabağın Ermənistana
birləşdirilməsi məsələsini
qaldırmışdı.
Azərbaycanın ərazi bütövlüyünün
pozulması, ermənilərin
respublikamızın ərazisinin
bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı.
Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə
oturan ermənilər və ermənipərəst
qruplar tərəfindən
deyil, bütün dünyadakı anti-Azərbaycan
və anti-türk dairələr tərəfindən
müdafiə edilirdi,
onu həyata keçirmək üçün
ciddi hazırlıq işləri görülürdü.
Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən
biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov
ermənilərin təhriki
ilə, ilk növbədə,
Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına
çalışırdı və iki il
müddətində bu
istiqamətdə açıq-aşkar
formada xüsusi canfəşanlıq göstərirdi.
Təsadüfi deyil ki, Qorbaçov Heydər Əliyevə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəccüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla
illərdir rəhbər
şəxslərdən biri
olduğu SSRİ rəhbərliyindən
ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla çalışan,
işində heç
vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi
və bacarıqlı
təşkilatçı kimi
tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə
bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi
haqda məlumatlar ildırım sürəti
ilə bütün dünyaya yayılmış
və böyük təəssüf doğurmuşdu.
SSRİ-yə rəhbərliyi dövründə Heydər
Əliyev təkcə
istedadlı idarəçiliyi
və uzaqgörən
siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı,
O, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının
himayədarı, onlara
qarşı mərkəzi
hakimiyyət dəhlizlərində
hazırlanan əksər
məkrli planların qarşısına keçilməz
sədd çəkən
qətiyyətli və
vətənpərvər bir
insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan və həyata keçirilməsi üçün
məqam gözlənilən
bütün məkrli
planların reallaşmasına
da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, Onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində
təmsil olunan anti-Azərbaycan qüvvələrdə
ciddi narahatlıq doğururdu. Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə böyük
nüfuz sahibi olan Heydər Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində
birinci şəxs olması ideyası da artıq xalq içərisində, yüksək
dairələrdə müzakirə
olunur və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko
öz oğlu ilə söhbətində
qeyd edirdi ki, “Bizim Siyasi
Büroda ancaq üç adam nisbətən cavandır:
Romanov, Qorbaçov və
Əliyev. Axırıncı
mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən
respublikanın kənd
təsərrüfatı çox
sürətlə inkişaf
etmişdir. Əliyev gözəl təşkilatçıdır,
təmiz və abırlı adamdır. Amma təəssüf ki, Onun namizədliyi
istisna olunur...”. Oğlunun “Nəyə görə, milliyyətinə
görəmi?” - sualına
cavabında A.M.Qromıko
açıq şəkildə
etiraf etmişdi: - “Bu məsələdə - hə.
Milliyyətinə görə”.
Beləliklə, 1987-ci il oktyabrın
21-də Heydər Əliyevin
istefaya məcbur edilməsi ilə həm Onun dinamik
sosial-iqtisadi rəhbər
fəaliyyətindən bəhrələnən
bütün sovet vətəndaşları, həm
çoxmillətli SSRİ-nin
ədalətli milli-dini
siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə, canından
çox sevdiyi doğma xalqı - Azərbaycan Respublikasının
vətəndaşları özlərinin
əsl himayədarını
itirdilər. Əlbəttə
ki, Heydər Əliyevin istefası qeyd etdiyim bütün
kateqoriyadan olan insanlar üçün böyük itki oldu. Lakin Onun
istefasından ən çox ziyan görən, əlbəttə
ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş xalqımız
üçün heç
də xoş olmayan məkrli ssenarilər dövriyyəyə
buraxıldı və
anti-Azərbaycan planlara
start verildi. Amma dahi şəxsiyyət və fenomenal siyasətçi kimi Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır
günlərində xilas
meydanına atılaraq,
öz tarixi missiyasını həyata
keçirdi. Azərbaycanı
bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi, müstəqil
dövlət yaratdı,
vətəndaş həmrəyliyinə
və dövlətçilik
ətrafında xalqın
monolit birliyinə nail
oldu
Yeni Azərbaycan.-
2019.- 22 oktyabr.- S.5