Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin
təbliği məsələləri
müzakirə olunub
Azərbaycanın tolerantlıq və
multikulturalizm sahəsində
təcrübəsini yaymaq
və təbliğ etmək, eləcə də bu dəyərlərin
beynəlxalq aləmdə
təşviqində Dağlıq
Qarabağ bölgəsinin
Azərbaycanlı İcması,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyindəki Mənəvi
Dəyərlərin Təbliği
Fondu, həmçinin
dini konfessiyaların birgə layihələrinin
həyata keçirilməsi
ilə bağlı müzakirələr aparılıb.
AZƏRTAC xəbər
verir ki, bu məsələlər oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
“Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması” İctimai
Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə görüşündə
müzakirə edilib.
Görüş zamanı, həmçinin
Qarabağ həqiqətlərinin
bütün dünyaya
çatdırılmasında bərabər əməkdaşlığın
önəmi vurğulanıb.
Qarşılıqlı maraq doğuran
bir sıra digər məsələlər
ətrafında fikir mübadiləsinin aparıldığı
görüşdə bu
istiqamətlərdə tədbirlərin
keçirilməsi, xarici
dillərdə kitab və broşürlərin
nəşr olunması,
videoçarx və sənədli filmlərin hazırlanması, habelə
video müraciətlərin
edilməsinin əhəmiyyətinə
toxunulub.
Yeni Azərbaycan.-
2019.- 23 oktyabr.- S.6