AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti
ilə görüşüb
AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının
(REA) vitse-prezidenti, akademik
Taliya Xabriyeva ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyev iki ölkə
arasında möhkəm
dostluq və əməkdaşlıq əlaqələrinin
mövcud olduğunu və bu əlaqələrin
prezidentlər - Vladimir
Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını
söyləyib. Qeyd
edib ki, iki ölkənin elmi strukturları arasında da 2005-ci və 2019-cu illərdə
imzalanan əməkdaşlıq
haqqında sazişlərə
əsaslanan geniş tərəfdaşlıq münasibətləri
yaranıb və uğurla inkişaf edir.
Akademik cari
ilin mayında iki qurum arasında
imzalanmış elmi-texniki
əməkdaşlıq haqqında
sazişin əhəmiyyətindən
danışıb. Bildirib ki,
sözügedən sənəddə
elm və texnologiyaların prioritet istiqamətləri üzrə
birgə elmi layihələrin işlənməsi,
həyata keçirilməsi,
təcrübə və
informasiya mübadiləsi,
yüksəkixtisaslı kadrlar
hazırlanması, elmi
tədqiqatların koordinasiyası,
birgə elmi tədbirlərin keçirilməsi
kimi məsələlər
öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.
AMEA-nın rəhbəri,
həmçinin akademiya
ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında
imzalanan digər sazişlərin həyata keçirilməsindən və
mühüm nəticələrindən
söz açıb. Akademik son dörd il
ərzində müxtəlif
elmi istiqamətləri,
əsasən də təbiət və texniki elmləri əhatə edən 50-yə
yaxın sazişin icrasından danışıb.
Əməkdaşlıq çərçivəsində
Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi
və ekoloji problemləri, molekulyar biologiya, tibb və farmakologiya, fiziologiya, neft kimyası, informasiya texnologiyaları, nanotexnologiyalar,
kosmik tədqiqatlar, ədəbiyyatşünaslıq, tarix, arxeologiya və etnoqrafiya kimi elm sahələrinin
prioritet istiqamət olduğunu qeyd edib.
Akademik Ramiz Mehdiyev
AMEA alimlərinin REA-nın
Geologiya və Yer Fizikası institutları, Rusiya Dövlət Neft və Qaz Universitetində
fəaliyyət göstərən
həmkarları ilə
sıx əlaqələrinin
səmərəli nəticələr
verdiyini vurğulayıb.
Ölkə alimlərinin
Dubnada yerləşən
Birləşmiş Nüvə
Tədqiqatları
İnstitutundakı fəaliyyətindən
danışan akademik bildirib ki, hər
il AMEA-nın alim və gənc
mütəxəssisləri həmin müəssisədə
qısamüddətli və
uzunmüddətli tədqiqatlar
aparırlar.
Azərbaycan və Rusiya
Federasiyası, o cümlədən
Tatarıstan Respublikası
arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən
danışan alim həmin ənənələrin
bundan sonra da möhkəmlənəcəyinə
əminliyini ifadə edib.
Görüşə görə AMEA rəhbərinə
təşəkkürünü bildirən Rusiya Elmlər Akademiyasının
vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə
seçilməsi münasibətilə
təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın
bundan sonra da inkişaf edəcəyinə və akademiya rəhbərliyinə
yüksək təcrübəyə
malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.
“Xəzər
dialoqu” layihəsindən
söz açan Taliya Xabriyeva bu layihənin təkcə iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar
sahələrində deyil,
həmçinin ədəbiyyat,
sənətşünaslıq, etnoqrafiya, fəlsəfə,
arxeologiya və digər humanitar istiqamətlərdə də
birgə tədqiqatların
təşkilinə təsir
edəcəyini bildirib.
Akademik Taliya
Xabriyeva Rusiya Elmlər Akademiyasının
rəhbərliyi adından
akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq
hissi ilə qəbul olunub.
Görüşdə AMEA-nın vitse-prezidentləri,
akademiklər - İsa
Həbibbəyli və
İbrahim Quliyev, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr
idarəsinin müdiri,
biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev
də iştirak edibləryeni azərbaycan
Yeni Azərbaycan.-
2019.- 29 oktyabr.- S.4