Bakıda Türkiyənin
milli bayramı münasibətilə rəsmi
qəbul təşkil
olunub
Türkiyənin Azərbaycandakı səfirliyi
Cümhuriyyətin elan
edilməsinin 96-cı ildönümü
münasibətilə oktyabrın
29-da rəsmi qəbul
təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
hər iki ölkənin dövlət
himnləri səsləndirilib.
Türkiyənin ölkəmizdəki səfiri
Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir
millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə
Cümhuriyyəti terrorla
uğurla mübarizə
aparır. Türkiyə
bu məsuliyyətli işin öhdəsindən
gələcək potensiala
malikdir. Ölkə
2023-cü ildə hədəfinə
çatacaq və bununla da gələcək
nəsillərə daha
güclü Türkiyə
miras qoyacaq.
Milli Məclisin
sədri Oqtay Əsədov çıxış
edərək Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb.
Bildirib ki, Türkiyə ötən
96 ildə böyük
inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə
ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri
mövcuddur. Azərbaycan
ilə Türkiyə arasındakı əlaqələrin
möhkəmlənməsində parlamentlərarası dostluq
qruplarının böyük
rolu var. Qardaş dövlətlərimiz
beynəlxalq təşkilatlarda
da sıx əməkdaşlıq edirlər
və bir qayda olaraq mövqelərimiz
üst-üstə düşür.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində Türkiyə
ölkəmizin haqlı
mövqeyini birmənalı
şəkildə dəstəkləyir.
İki ölkənin dövlət başçılarının
qardaş münasibətləri
dövlətlərimiz və
xalqlarımız arasındakı
əlaqələrə öz
müsbət təsirini
göstərir.
Bu günə qədər
ölkələrimiz arasında
240-dan çox ikitərəfli
sənədin imzalandığını,
27 sənədin baxılma
mərhələsində olduğunu
bildirən O.Əsədov
deyib: “Ölkələrimiz
arasında ticari-iqtisadi
əlaqələr inkişaf
edir. Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard
dollardan çox olub. Ancaq bu
ilin 9 ayında ticarət əlaqələri
artıq 3 milyard 300 milyon dolları ötüb. Azərbaycanın
və Türkiyənin
birgə səyləri
ilə həm bölgə, həm də dünya üçün önəmli
beynəlxalq layihələr
həyata keçirilib.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-
Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir
yolu və digər layihələr xalqlarımızın firavan
gələcəyinin təmin
edilməsinə yönəlib.
İndiyə qədər
Türkiyə şirkətləri
Azərbaycana 12,2 milyard
dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə
verilən “Star” neft emalı zavodu qardaş ölkələr arasında
iş birliyinin yeni böyük uğuru olub”.
Tədbirdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak
ediblər.
Yeni Azərbaycan.-
2019.- 30 oktyabr.- S.2