İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

 

 

Vüqar Səfərli: Bizi ittiham edənlər hansı nüfuzu, tirajı olan və cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb?

 

Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar SəfərliTrend”ə müsahibəsində rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı son günlər səslənən bəzi iddialara münasibətini bildirib.

- Vüqar müəllim, son günlər bəzi saytlarda sosial şəbəkələrdə Fondun guya cəmiyyətə təsir imkanları, habelə nüfuzu olmayan qəzetlərə maliyyə yardımı ayırması ilə bağlı ittihamlar səslənir...

- Birmənalı şəkildə bəyan edirəm ki, bu iddialar tamamilə qərəzli əsassızdır. FondunAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası Nizamnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərindən biri kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsidir.

Maliyyə yardımı ayrılmasının şərt meyarları ilə bağlı qərarlar Fondun Müşahidə Şurasının iclaslarında, kollegial şəffaf şəkildə qəbul olunur. Fond il ərzində maliyyə yardımı müsabiqələri elan edir, maliyyə yardımının ayırılması şərtləri meyarları müsabiqə elanında dəqiqliklə göstərilir. Həmin şərt meyarlara əsasən, yayımı, tirajı dövriliyi müvafiq tələblərə cavab verən ictimai-siyasi qəzetlərə maliyyə yardımı ayrılır.

Hazırda Fondun maliyyələşdirdiyi 25 ictimai-siyasi qəzetin hər biri həmin şərtlərə cavab verən, uzun illər ərzində fəaliyyət göstərən, cəmiyyətdə tanınan nəşrlərdir. Bizi qərəzli şəkildə ittiham edənlər hansı nüfuzu, tirajı olan cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb? Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?

Əminliklə deyirəm ki, onlar belə bir qəzet adı çəkə bilməyəcəklər. Əgər əksini iddia edirlərsə, qərəzli ümumi sözlərlə yox, konkret faktlar əsasında mövqelərini əsaslandırmalıdırlar. Bu gün Fonddan maliyyə yardımı almaq istəyən hər hansı qəzet elan olunmuş şərt meyarlara cavab verməlidir.

Odur ki, “İctimai rəyə təsir imkanları nüfuzu olmayan qəzetlərə maliyyə yardımının ayrılmasıkimi qərəzli fikirlər yalnız Fonda qarşı qərəzli yanaşma deyil, həm dövlətimizin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniyadır. Maraqlıdır ki, ictimai rəyə təsirdən danışanların özlərinin cəmiyyət arasında heç bir nüfuzu yoxdur, ictimai rəyə təsir imkanlarından isə heç danışmağa belə dəyməz.

- Konkret olaraq Milli Məclisin deputatı Fəzail Ağamalı rəhbəri olduğunuz Fonduictimai rəyə təsir imkanları nüfuzu olmayanqəzetlərə maliyyə yardımı ayırmaqda ittiham edib...

- Milli Məclisin deputatı Fəzail Ağamalının belə məsuliyyətsiz açıqlaması uzun illər fəaliyyət göstərən, Fondla əməkdaşlıq edən tanınmış qəzetlərə onların kollektivinə qarşı hörmətsizlikdir. Bir daha təkrar edirəm - Fondun maliyyə yardımı ayırdığı qəzetlərin böyük əksəriyyəti 20 ildən çoxdur ki, fəaliyyət göstərən, ictimaiyyətin tanıdığı, oxucu auditoriyası olan nəşrlərdir.

Onu da bildirmək istərdim ki, maliyyə yardımı ayrılmış qəzetlər hər ayın yekununda Fonda tiraj, yayım dövriyyələri ilə bağlı hesabat verirlər. Eyni zamanda, ayrılmış maliyyə yardımı müqabilindəAzərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nda əksini tapmış 19 prioritet istiqamət üzrə dərc edilmiş yazılar Fonda təqdim edilir. Həmin yazılarda dövlətimizin daxili xarici siyasəti, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan mütərəqqi dəyişikliklər, ordu quruculuğu, dövlətin gənclər siyasəti, demokratik inkişaf Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dolğun əksini tapır.

Görünür, Fondun maliyyə yardımları barədə əsassız fikir səsləndirənlərin ölkədə mətbu nəşrlərin fəaliyyəti barədə məlumatlılıq dərəcəsi çox aşağıdır. Hesab edirəm ki, konkret fakta, dəlilə əsaslanmayan bu cür qərəzli fikirlər dövlətimizin müasir internet əsrində çap mediasının ayaqda durması inkişafı yönümündə yürütdüyü siyasəti gözdən salmaq məqsədi daşıyır.

- Fondun fəaliyyətindəşəffaflıq prinsipinə əməl olunmamasıbarədə irəli sürülən ittihamlarla bağlı deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, Fondun fəaliyyəti ilə bağlı bütün qərarlar Müşahidə Şurasının iclasında geniş müzakirə olunaraq qəbul edilir. Eyni zamanda, qəbul olunmuş qərarlar media vasitəsilə operativ olaraq ictimaiyyətə açıqlanır. Fondun daim yenilənən saytında onun fəaliyyəti ilə bağlı məlumatları əldə etmək mümkündür. Mütəmadi olaraq fəaliyyətimizlə bağlı hesabatlar veririk, bu hesabatlar mətbuatda da dərc olunur.

Təşkil etdiyimiz müxtəlif tədbirlərdə çoxsaylı jurnalistlər nüfuzlu media orqanlarının rəhbərləri ilə yanaşı, Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, ziyalılar da iştirak edirlər. Bir sözlə, Fondun fəaliyyəti, gördüyü işlər, qəbul etdiyi qərarlar istər mətbuat, istərsə cəmiyyət üçün tamamilə açıq şəffafdır.

- Vüqar müəllim, səslənən ittihamlardan biri odur ki, guya bir neçə mənzili olan KİV əməkdaşlarına da mənzil verilib.

- Jurnalistlərə mənzillərin verilməsi prosesi yaradılmış xüsusi komissiya tərəfindən şəffaf ədalətli şəkildə həyata keçirilib. Komissiya mənzillərin bölgüsünün şərt meyarlarını hazırlayaraq əvvəlcədən KİV- elan edib. Sonrakı mərhələdə mənzilə iddialı KİV əməkdaşlarının sənədləri toplanaraq sistemləşdirilib aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib. Müvafiq araşdırmalardan sonra uzun illər jurnalistika sahəsində çalışan, mənzilə ehtiyacı olan, habelə mediamızın inkişafında xidmətləri olan KİV əməkdaşlarının mənzillə təmin olunmasına qərar verilib.

Hər hansı ittiham, tənqidi yanaşma konkret fakta, dəlil-sübuta əsaslanmalıdır. Əks təqdirdə, bu ittihamlar, yumşaq desək, əsassız subyektiv xarakter daşıyır. Ümumi sözlərlə jurnalistlərə mənzillərin verilməsi prosesinin obyektivliyinə şəffaflığına kölgə salmaq cəhdləri heç zaman mümkün olmayacaq. Bu fikirlər dövlətimizin dünyada analoqu olmayan sosialyönümlü layihəsinin humanist mahiyyətinə xələl gətirmək, ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

Belə absurd ittihamlarla çıxış edənlər indiyədək mənzillə təmin olunmuş hansısa jurnalistin əvvəldən guya bir neçə evinin olmasına dair heç bir fakt göstərə bilməyiblər. Fəaliyyəti qərəz böhtandan uzağa getməyən, Fondu çap mediasını qərəzli şəkildə ittiham etməklə gündəmdə qalmağa çalışan bəlli bir qrupun qarayaxma iftira kampaniyası cəmiyyətdə ciddi qarşılanmır.

 

Yeni Azərbaycan.- 2019.- 30 oktyabr.- S.6